Birjalarda qızılın qiyməti 2500 dollarlıq psixoloji həddi keçib
Dünya birjalarında 1 unsiya qızılın qiyməti 2500 dolları keçib.
Gununxeberi.az xəbər verir ki, bu gün səhər saatlarında dünya birjalarında qızılın unsiyasının fyuçers qiyməti 2540 dollara qədər yüksəlib və daha sonra 2502 dollar səviyyəsində sabitləşib.
Qiymətli metalın bahalaşmasına səbəb sentyabr ayında Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faizləri azaltmağa başlayacağı ilə bağlı gözləntilərdir.
Bəzi ekspertlər FED-in uçot dərəcəsini 25 faiz bəndi yox, birdən-birə 50 faiz bəndi aşağı salacağını istisna etmirlər.
Qiymətli metala tələbatın artmasına Yaxın Şərqdəki gərginlik və Rusiya-Ukrayna münaqişəsi də təsir edir.
Ümumilikdə bu ilin əvvəlindən indiyədək dünya birjalarında qızıl 20 faizədək bahalaşıb. Analitiklər yaxın 3 ayda qızılın unsiyasının 2700 dollaradək bahalaşacağını istisna etmirlər.