Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq”

Image

Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq”

"Hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm”.

Gununxeberı.az .Faktınfo.az-a ıstınadin  xəbər verir ki,bu fikirləri 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi, VHP sədrinin müşaviri, Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı Musavat.com-a müsahibəsində deyib.


Müsahibəni təqdim edirik:


- Tənzilə xanım, parlament seçkiləri ilə bağlı kütləvilik və seçici marağı ilə müşahidə olunan təşviqat kampaniyası keçirən az sayda namizədlərdən birisiniz. Sirr deyilsə, bu uğurlu prosesin səbəbi nədir?


- Mən ictimai-siyasi mübarizədə dünənin adamı deyiləm. Milli Azadlıq Hərəkatının ilk günündən bu yoldayam. Əl qoyduğum hər bir işdə seçilmək, qatıldığım işləri uğurla aparmaq ümdə prinsipimdir. Qarabağ savaşının ilk günlərindən "Azərittifaq”ın məsul işçisi kimi başçılıq etdiyim yardım işlərindən tutmuş, Azərbaycan-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin sədri olaraq Qarabağ, Türk Dünyası həqiqətlərini dünyaya çatdırmağa qədər hər çalışmamda yüksək nəticəyə nail olmağa çalışmışam. Bu, eqo deyil. Bu tutduğun yola, hədəfə sayğı, gördüyün işə məsuliyyətdir. Seçki təşviqatına gəldikdə isə belə bir el məsəlimiz var: "Niyyətin hara, mənzilin ora”. Bu gün Neftçalanın hər bir kəndində sevgi və coşqu ilə qarşılanmağım tutduğum yolun məntiqi nəticəsidir. Xalq düzü əyridən seçməyi bacarıb, ona görə kiməm deməyə, bunun geniş təbliğatını aparmağa ehtiyac olmadı.


- Neftçala zamanında sosial-iqtisadi baxımdan inkişaf edən rayonlarımızdan olsa da, yəqin ki, bu gün müəyyən problemlər var. Seçici nə deyir? Neftçala insanını hansı problemlər narahat edir?


- Doğru deyirsiniz ki, Neftçala zamanında həm kənd təsərrüfatı, həm də sənaye baxımdan öncül rayonlarımızdan biri olub. Təəssüf ki, bu infrastruktur sovet quruluşu ilə birgə dağıldı və insanların həyat şəraitində ciddi çətinliklər yarandı. Maraqlıdır ki, müstəqillik illərində də uzun müddət sanki Neftçala yaddan çıxmışdı. Neftçalanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı vəziyyəti köklü surətdə dəyişib. Qürurla deyə bilərəm ki, Neftçalaya göstərilən bu diqqətdə namizədi olduğum partiyanın sədri, ötən seçkidə bu dairədən millət vəkili seçilmiş Sabir Rüstəmxanlının böyük rolu olub. Sabir bəyin Neftçala ilə bağlı həm Milli Məclisdəki çıxışları, həm də ölkə rəhbərliyinə müraciəti bu prosesə dəstək oldu. Bu gün görüşlərdə Neftçala seçiciləri də bunu minnətdarlıqla bildirirlər. Amma, sözsüz ki, bütün problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Kəndlərdə yol, qaz və su problemləri var, insanlar iş yerlərinin azlığından şikayətçidirlər. Amma bütün bunlarla yanaşı, insanların içində inam var. Hər kəs əmindir ki, işğaldan azad edilmiş Qarabağda bu gün xarüqələr yaradan dövlətimiz ölkənin hər yerində öz vətəndaşını düşünür və onun həyatının yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Bu prosesi asan və rahat etmək üçün neftçalalıların əsl vəkili olan şəxsin parlamentdə olması vacibdir. Mən bu missiyanı uğurla yerinə yetirəcəyimə əminəm və seçicimə də söz verirəm ki, hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm.


- Azərbaycan ictimaiyyəti milli davanın adamı kimi tanıdığı Tənzilə Rüstəmxanlını indi fərqli ampluada – bir rayonun problemləri ilə məşğul olan millət vəkili kimi görəcək?


- Əsla! Mən mübarizə adamıyam və bu mübarizəni illərlə necə aparmışamsa, bundan sonra da aparacağam. Bu gün Neftçaladan olan soydaşımın yol, su, qaz, iş probleminin həlli üçün çalışmağım Qərbi azərbaycanlı, urmiyalı, kərküklü, Şərqi türküstanlı soydaşımın dərdini unutmaq anlamına gəlmir. Bu günə qədər millətim üçün savaşarkən mandatı vacib bilməmişəm. Seçicim etimad göstərərsə, mandat bu yolda ancaq addımlarımızı qətiləşdirə bilər.


- Seçki həm də mübarizədir. Bu mübarizədə bəzən rəqiblər qaydaları da pozurlar. Sizin dairədə bu baxımdan vəziyyət necədir?


- Bəli, seçki mübarizədir. Amma mən bu mübarizədə qələbə naminə həm rəsmi, həm də insani qaydaların pozulmasını heç cür anlaya bilmirəm. Əgər məqsəd xalqa xidmət, dövlətə sədaqətdirsə, demək, nəticə etibarə ilə bu mübarizədə uduzan da olmayacaq. Millət və dövlətə xeyirli olacaq qələbədə bir fərdin məğlubiyyəti önəmli deyil. Seçki həyatımız üçün kiçik bir andır. Axı ömür, hədəfə doğru getdiyimiz yol davam edir. Bir seçkinin nəticələrinə görə insani dəyərləri arxa plana keçirmək olmaz. Mən bütün rəqiblərimə bu xalqın övladları kimi baxıram, bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30