Milli Xalça Muzeyinə 199 yaşlı Qarabağ xalçası hədiyyə olunub-FOTOLAR
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib. Almaniyanın Berlin şəhərində yaşayan, “İşıq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü, kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən 199 yaşlı bu nəfis əsərin doğma yurdunda - muzeyin Şuşa filialında sərgilənməsinin ən böyük arzularından olduğunu deyən kolleksiyaçı istəyini reallaşdıra bildiyi üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova nəcib təşəbbüsünə, nadir sənətkarlıq nümunəsini təmənnasız olaraq muzeyə bağışladığına görə Hocat Abasiyə dərin təşəkkürünü bildirib. Deyib ki, maraqlı kompozisiyası, rəng harmoniyası və ornamentlərinin zənginliyi ilə seçilən “Açma-yumma” xalçası muzeyin Şuşa filialının ekspozisiyasında öz yerini tutacaq.
Qeyd edək ki, xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.
199-летний Карабахский ковер был передан в дар Азербайджанскому национальному музею ковра.
Коллекция Азербайджанского национального музея ковра пополнилась еще одним уникальным образцом искусства. Коллекционер Ходжат Абаси, член Азербайджанского литературного и культурного общества «Ишыг йол», проживающий в Берлине, Германия, передал в дар музею карабахский ковер «Ачма-юмма», сотканный в Шуше в 1825 году.
Он отметил, что счастлив тем, что смог осуществить свое мечту как коллекционера выставить эту 199-летнюю изысканную работу на родине. Амина Меликова, директор Азербайджанского национального музея ковра, выразила глубокую благодарность Ходжату Абаси за его благородную инициативу и за передачу в дар музею редкого образца мастерства. Она сообщила, что ковер «Ачма-юмма», отличающийся удивительной композицией, цветовой гармонией и богатством орнаментов, займет свое место в экспозиции филиала музея в Шуше.
Следует отметить, что середина и края ковра украшены геометрическими и растительными узорами, стилизованными человеческими и зооморфными изображениями.
A 199-Year-Old Karabakh Carpet was Donated to the Azerbaijan National Carpet Museum.
The collection of the Azerbaijan National Carpet Museum has been enriched with another unique art example. Hojat Abasi, a collector, member of the Azerbaijan Literary and Culture Society called Ishiq Yol, living in Berlin, Germany, donated the Karabakh carpet Achma-yumma woven in Shusha in 1825 to the museum.
He noted that he felt happy because he was able to fulfill his desire as a collector and it was one of his greatest dreams to exhibit this 199 year old exquisite work in his native land – in the Shusha branch of the museum. Amina Melikova, director of the Azerbaijan National Carpet Museum, expressed her deep gratitude to Hojat Abasi for his noble initiative and for donating a rare sample of craftsmanship to the museum. She said that Achma-yumma carpet, distinguished by its amazing composition, colour harmony and richness of ornaments, will take its place among the exposition of the Shusha branch of the museum.
It should be noted that the middle area and borders of the carpet are decorated with geometric and floral patterns, stylised human and zoomorphic images.