88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın növbəti görüşləri rayonun Həmyəli kənd inzibati ərazi vahidinə daxil olan qəsəbənin, Birinci və İkinci Cabanı kəndlərinin sakinləri ilə olub
2024-cü il sentyabrın 1-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın növbəti görüşləri rayonun Həmyəli kənd inzibati ərazi vahidinə daxil olan qəsəbənin, Birinci və İkinci Cabanı kəndlərinin sakinləri ilə olub.
Görüşlərdə çıxış edən Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti, vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq qurumlara edilən müraciətlər barədə seçicilərə ətraflı məlumat verməklə yanaşı, seçki platformasını onların nəzərinə çatdırıb.
Daha sonra seçicilərin müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Sonda Tamam Cəfərova kənd sakinlərinə göstərdikləri səmimi, xoş münasibətə görə minnətdarlığını bildirib.