Məşur Məmmədovun təşviqat xarakterli görüşləri davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində növbəti görüşüm YAP Masallı Rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə keçirildi.
Görüş maarifləndirmə xarakterli idi.
Qeyd etdim ki, gənclərin imkanlarının artırılması və onların cəmiyyətin həyatında daha fəal iştirak etməsi dövlətin əsas prioritetlərindən biri olaraq qalır. Bu da Azərbaycanın gələcəyinin daha parlaq və uğurlu olacağına zəmanət verir.
Əminliyimi bildirdim ki, partiyamız növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq.
Çıxış edən gənclər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların gənclərin məmnunluğunu artırdığını, gənclərin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırdılar.
Təşviqat xarakterli görüşlərimiz davam edir.