Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR

Image

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin Seçki Qərargahı aktiv şəkildə təbliat-təşviqat kampaniyasını davam etdirir. Seçkiöncəsi görüşlər günaşırı baş tutur.

"Gununxeberı.az " Modern.az -a ıstınadən xəbər verir ki, növbəti görüş avqustun 17-də Tennis Akademiyasının ərazisində açıq havada keçirilib.

Toplantı ənənəvi qaydada milli himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. 

Görüşün aparıcısı, seçici İlahə Məmmədova dedi ki, Azay Quliyevin seçicilərlə hər görüşü dairədəki vətəndaşların müzakirəsinə səbəb olur: “Azay müəllim yeganə namizəddir ki, şəxsən özü, Seçki Qərargahının üzvləri, vəkilləri dairədəki bütün seçicilərlə bu və ya digər şəkildə birbaşa təmaslar qurur. Onu demək olar bütün seçicilər tanıyır, çünki əvvəlki deputatlığı dönəmində məhəllə-məhəllə insanlarla görüşüb, hər kəsə əlçatan olub. Buna görə Azay müəllimin xüsusi olaraq tanıdılmasına ehtiyac olmasa da, biz qərargah üzvləri seçki kampaniyasını nizamlı şəkildə aparılmasında qərarlıyıq. Biz seçimimizi çoxdan etmişik, sentyabrın 1-də səsimizi Azay Quliyevə verəcəyik”.

Seçicilərin adından çıxış edən şair, publisist Zakir Ağdamlı isə “elin gözü tərəzidir, insanlar kimin kim olduğunu bilir və buna görə də hər zaman doğru seçim edirlər” – deyə qeyd etdi: “8 saylı dairədə yaşayan bir aktiv şəxs, xalqın içində olan adam kimi əminliklə deyə bilərəm ki, Azay Quliyev artıq hər kəsin rəğbətini qazanıb, insanların əksəri onu yenidən deputat görmək istəyir. Səbəbsiz deyil, çünki Azay Quliyev seçiciləri üçün çalışmağı, öhdəliyini daim ləyaqətlə yerinə yetirməyi bacarıb. Biz seçicilərin də vəzifəsi, borcu our ki, sentyabrın 1-də gedib ona səs verək. Sıra indi bizdədir!”.

Sonda çıxış edən Azay Quliyev seçicilərin bu səmimi davranışlarına görə təşəkkür etdi: “Mən qürur hissi keçirirəm ki, seçicilərimlə bu cür səmimi və dogma ünsiyyət qura bilmişəm. Sizinlə birlikdə biz əlbəttə ki, yenidən qalib gələcək və daha böyük işlər görməyə nail olacağıq. Bizim birgə gücümüzdən, mənə göstərdiyiniz inam və etimatdan narahat olan bəzi adamlar də var, onların fəaliyyəti, seçiciyə deməyə bir sözü olmadığı üçün böhtan, qarayaxma yolu ilə seçki mühitini çirkləndirməyə, eyni zamanda  özlərinə diqqət çəkməyə çalışırlar.  Görünür, onların da təfəkkürləri yalnız buna çatır. Biz bunun heç birinə əhəmiyyət vermirik və verməyəcəyik. Bu cür adamlara sizin ən layiqli cavabınız səsvermə günü hamılıqla seçkiyə gəlib, doğru seçim etməyiniz, birlikdə qalib gəlməyimiz olacaq.

  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR
  • Azay Quliyev seçiciləri ilə görüş keçirdi - FOTOLAR






XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30