Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vəzifəsindən ayrılıb.
"Gununxeberı.az " xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.
Xatırladaq ki, A.Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.