Tamam Cəfərovanın seçicilərlə növbəti görüşü rayonun Həmyəli, İkinci Çaylı və Qonaqkənd kəndlərinin sakinləri ilə olub.-Fotolar
Təbliğat-təşviqat kampaniyası çərçivəsində Tamam Cəfərovanın seçicilərlə növbəti görüşü rayonun Həmyəli, İkinci Çaylı və Qonaqkənd kəndlərinin sakinləri ilə olub.
Görüşlərdə çıxış edən Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti, vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq qurumlara edilən müraciətlər barədə seçicilərə ətraflı məlumat verməklə yanaşı, seçki platformasını onların nəzərinə çatdırıb.
Tamam Cəfərova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
O, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Daha sonra seçicilərin müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.