Şahin Sərdarlı daha 5 kənddə seçicilərlə görüşüb - Video
88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası davam edir.
“Gununxeberi.az ” xəbər verir ki, bu gün nümayəndələr, vəkillər və könüllülərlə birgə Nüydü, Dağ Bağırlı, Çarhan, Məlikçobanlı kəndlərindən və Göylər qəsəbəsindən olan seçicilərlə görüşüb.
Kənd ağsaqqal və ağbirçəklərinin xeyir-duası alınıb.
Seçicilər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət edilib.
Qeyd edək ki, Ş.Sərdarlı 12 aprel 1997-ci ildə Şamaxı rayonunun Meysəri kəndində anadan olub. 2014-cü ildə şəhid əmisi Aslan Sərdar oğlu Şirinov adına Şamaxı rayon Meysəri kənd tam orta məktəbini bitirib və Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” ixtisasına transfer olunub, 2020-ci ildə məzun olub. Həmçinin İstanbul Esenyurt Universitetinin bir sıra təlim və inkişaf proqramlarını başa vurub.
O, bir sıra tanınmış media orqanlarında müxbir, redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətində fəaliyyət göstərib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, ADU-nun Tələbələrlə İş və Tədbirlərin təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb.
Hərbi xidmətini Vətən müharibəsi dönəmində Şuşa şəhərində başa vurub.
Ş. Sərdarlı 2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzi MMC-ni təsis edib, hazırda direktor vəzifəsində çalışır.\Qafqazinfo.az