Novruz Aslan Xanagah kəndinin seçiciləri ilə görüşüb
Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq təbliğatın səkkizinci gününün dördüncü görüşü İsmayıllı rayonunun Xanagah kənd seçiciləri ilə oldu. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz çıxış edərək Novruz Aslanın İsmayıllı və ölkəmiz üçün xidmətlərindən danışdı. Sonra seçicilərlə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək yaşadıqları kəndin qayğılarından danışdılar. Sonda görüşə gələn kənd sakinləri çıxış edərək onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın otuzuncu görüşüdür. Novruz Aslanın bu gün üçün dördüncü görüşüdür.\Vətən informasiya agetliyi
Gununxebreri.az