Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən deputatlığa namizəd Əziz Ələkbərov əvvəl şəhidin ailəsi tərəfindən onun xatirəsinə yaradılmış ev muzeyi ilə tanış olub.
Daha sonra şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların problemlərinin daim dövlətin, dövlət başçısının diqqət mərkəzində olduğunu və bundan sonra da olacağını bildirib.
Şəhid atası Əlizamin Nəsirov şəhid ailələrinə qayğı və diqqətə görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.