Olimpiya Oyunları bütün idman yarışları arasında xüsusi mövqeyə sahib yarışdır

Image

Olimpiya Oyunları bütün idman yarışları arasında xüsusi mövqeyə sahib yarışdır


Azərbaycan idmançıları digər idman yarışlarında olduğu kimi bu yarışda da uğurla çıxış edərək xalqımıza sevinc və qürur hissi bəxş etmişlər. Bu uğurlu çıxışın arxasında dövlətimizin düzgün idman siyasəti və idmançılara olan dəstəyi danılmaz faktdır. Azərbaycan höküməti daim gənc nəslin idmana maraq göstərməsinə və müxtəlif idman növlərinin inkişafına dəstək olmuşdur. Bunun nəticəsində idmançılarımız dünya arenasında bir-birinin ardınca uğurlu çıxışlar edərək öz sözlərini deməyi bacarmışlar. 

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları da idmançılarımızın uğurlu çıxışları ilə yadda qaldı. 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Xalqımız böyük həyəcanla və fəxrlə bu oyunları izləyərək öz idmançılarına dəstəyini nümayiş etdirmişdir. Eləcə də ölkə başçısı Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da idmançılarımızı təbrik etmiş, onlarla fəxr etdiklərini bildirmişlər. Prezident İlham Əliyev eyni zamanda cari ilin 14 avqust tarixində Olimpiya Oyunlarında medal qazanmış idmançılar və onların məşqçilərini qəbul etmişdir. Görüş zamanı Cənab Prezident idmançılarımızın qazandığı uğurun xalqımıza bəxş etdiyi sevinci dilə gətirmiş və ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 4 ildən bir keçirilən bu nüfuzlu yarışa hər bir ölkə xüsusi hazırlaşır. Azərbaycan da belə ölkələr arasındadır. 

Qazanılan uğurlar onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, Azərbaycan Olimpiya Oyunlarında dünyanın ən güclü 30 dövləti arasında yer tutur. Müsəlman ölkələri arasında isə ölkəmiz üçüncü yerdədir. Ona görə də bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdırlar. Əlbəttə, idman elə bir sahədir ki, burada qələbə də olur, məğlubiyyət də. 

Bu gün ölkəmizdə idman ardıcıl surətdə inkişaf edir. Bu Olimpiya Oyunlarında idmançılarımız 5 idman növündə medal qazanmışlar. Bu da Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini göstərir. Görüş zamanı Prezidentimiz qeyd etmişdir ki, bu uğurlar bizi yeni-yeni qələbələrə ruhlandırmalı və növbəti idman yarışlarına hazırlıq prosesinə indidən başlamalıyıq. 

Ölkəmizin hər bir yerində idmanla məşğul olmaq üçün gözəl şərait var. Bunu yeniyetmə və gənclərimizin idman sahələrinə axın etməsi də sübut edir. Görüşün sonunda Cənab Prezident gənc nəsillə fəxr etdiyini söyləmiş və qeyd etmişdir ki, qazanılan uğurlar idmançılarımızın məsuliyyətini artıraraq onların həm yarışlarda, həm də həyatda nümunəvi davranış qaydaları sərgiləməyinə səbəb olur. 


Cəfərova Ülviyyə,

Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi 










XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30