Sahibə Qafarova Təzəkənd və Düzqışlaq kəndlərində - FOTOLAR

Image

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, altıncı çağırış Milli Məclisin sədri Sahibə Qafarova təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib. Şəmkir rayonunun Təzəkənd və Düzqışlaq kəndlərinin seçiciləri ilə görüşdə də YAP-ın namizədinə dəstək ifadə olunub.


Gununxeberi.az yap.org-a istinadən xəbər verir ki,görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təşviqat kampaniyasının başladığı gündən Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarovanın həm rayon, həm də kəndlərdə seçicilərlə çoxsaylı görüşlər keçirdiyini xatırladaraq, bu görüşlərə yüksək maraq göstərdiyi üçün seçicilərə minnətdarlıq edib. O, YAP-ın Milli Məclisə növbədənkənar seçkilərdə də qələbə qazanacağına inamını ifadə edib.


Görüşdə Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova çıxış edərək, sakinləri səmimiyyətlə salamlayıb, ölkəmizin əlamətdar bir siyasi hadisə ərəfəsində olduğunu, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə xalqın seçimi əsasında qanunverici orqanın yenidən formalaşacağını bildirib.

O, ümumxalq partiyası kimi xarakterizə edilən Yeni Azərbaycan Partiyasının bu seçkilərə "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə qatıldığını xatırladaraq, partiyanın seçki platformasında yeni dövrdə ölkəmizin qarşısında dayanan yeni hədəflərin əksini tapdığını bildirib. Sahibə Qafarova qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də seçicilərin etimadını qazanacağına və qalib gələcəyinə inamını ifadə edib.


Ötən parlament seçkilərindən bu günədək Azərbaycan tarixində çox mühüm hadisələrin baş verdiyini xatırladan YAP-ın namizədi xüsusilə vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində ölkəmizin möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi parlaq Zəfər, ötən il ölkəmizin suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələri sırasındadır. Bu böyük qələbələrdən sonra Azərbaycan özünün yeni və möhtəşəm inkişaf mərhələsinə daxil olub. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən möhtəşəm quruculuq və bərpa işləri Azərbaycanın qüdrətinin və gücünün daha bir göstəricisidir.


Altıncı çağırış Milli Məclisinin sədri qarşıdakı illərdə də regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davamlı olacağını da diqqətə çatdırıb.
Sahibə Qafarova seçicilərə ötən dövrdə Milli Məclisin deputatı kimi diqqət ayırdığı məsələlər barədə də məlumat verib. O, yenidən seçicilərin etimadını qazanaraq, Milli Məclisin deputatı seçiləcəyi təqdirdə yenə də ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib.


Görüşdə çıxış edən Təzəkənd və Düzqışlaq kəndlərinin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.Modern.az 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30