İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir

Image

İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir


Olimpiya Oyunları dünya xalqları və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, xalqlar arasında bərabərliyin və dostluğun qorunması, əmin-amanlıq, sülh deməkdir. 

Fiziki bacarığa əsaslanan, çox vaxt yarış xarakterində olan oyun və ya aktiv fəaliyyət olan idman bütün dünya ölkələrində milyonlarla azarkeşin diqqətini özünə cəlb edən maraqlı sahədir. İdman dövlətin böyük bir qüvvəsidir və insanın, dövlətin həyatında böyük rol oynayır. Belə ki, idman həyat və sağlamlıqdır. Sağlamlıq ən böyük nemətlərdən biridir. Sağlamlığı qoruyub saxlamaqda idmanın rolu böyükdür. Necə deyərlər? “Sağlam bədəndə sağlam ruh olar”. İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin insanda ruh yüksəkliyi yaradır. 

Dünyada idmanın ən müxtəlif növləri üzrə həm komandalar, həm də fərdlər arasında çoxlu yarışlar keçirilir. Bu yarışların tarixi qədimdir. Olimpiya oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İlk Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə Yunanıstanda, Olimpiya adlanan yerdə keçirilmişdir. Olimpiada tarixinin qədim dövrü bizim eranın 394-cü ilində sona çatmışdır. Uzun sürən fasilədən sonra Olimpiada 1896-cı ildə yenidən keçirilməyə başlamışdı. Hər il idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə də yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standartlarına uyğun idman kompleksləri, stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və olimpiya oyunlarında iştirak edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında XXXlll Yay Olimpiya Oyunlarının Parisdə keçirilməsi qərarı verilib. Fransanın paytaxtı daha əvvəl 1900 və 1924-cü illərdə Olimpiadalara ev sahibliyi edib. 2024-cü ilin 26 iyul-11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXlll Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Komandası 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya tarixində ciddi uğur idi. Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər. 

Nəticədə, Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla ( 2 qızıl, 2 gümüş və 3 bürünc ) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov ( 73 kiloqram ) və Zelim Kotsoyev ( 100 kiloqram ) final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov ( 58 kiloqram ) həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu. Boksçu Alfonso Dominqes ( 92 kiloqram ) gümüş, yunan-roma güləşçisi Həsrət Cəfərov ( 67 kiloqram ) , sərbəst güləşçilər Giorgi Meşvildişvili ( 125 kiloqram ) və Maqomedxan Maqomedov ( 97 kiloqram ) Paris Olimpiadasını bürünc medalla başa vurdu. 

XXXlll Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan Milli Olimpiya Komandası bayraqdarlarının adları da açıqlanıb. Bayrağımızı daşımaq şərəfi taekvondoçumuz, Paris-2024-ün gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın ən təcrübəli üzvü Zeynəb Hümmətova həvalə edilib. Paris Olimpiadasında 7 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası 206 Milli Olimpiya Komitələri arasında medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı. Avropa Olimpiya Komitələrinə üzv olan 48 dövlət arasında medalların əyarına görə 19-cu, medalların sayına görə isə 21-ci pillənin sahibi oldu. 

Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir. 

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXlll Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Axərbaycan idmançılarının və onların məşqçilərini qəbul edib. İlk növbədə, idmançılarımızı gözəl qələbələri münasibətilə təbrik edib, ölkəmizi ləyaqətlə təmsil etdiklərini vurğuladı. Qəbul zamanı çox mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın davranış qaydalarının hər bir azərbaycanlını sevindirdiyini vurğuladı. Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Azərbaycan müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl nəticədir. 

Buna baxmayaraq idmançılarımızın daha çox medal qazan bilərdi. Bir çox hallarda hakimlərin ədalətsizliyi, idmançılarımızın zədələnmələri, bəzən isə şansızlıq idmançılarımızın daha çox medal qazanmalarına mane oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvando, yunan-roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. 

Görüş zamanı Dövlətimizin başçısı XXXlll Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi və vurğuadı: “Mən öz çempionlarımızla fəxr edir, qürur duyuram. Uğurlar birdən-birə qazanaraq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Paris zəfəri bunu əyani təsdiq etdi. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Azərbaycanın yüksək idman nəticələrinin, ilbəil artan uğurlarının diqqəti cəlb etdiyini, həmçinin idmana dövlət tərəfindən göstərilən böyük dəstəyin, bu sahədə dövlət proqramlarının icrasının beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının Bakı şəhərini 2026-cı il üçün dünyanın “ İdman paytaxtı “ seçməsi ölkəmizə dünya miqyasında etimadın daha bir bariz nümunəsidir.

 

Tağıyeva Aytən,

 Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30