Ceyhun Məmmədov seçicilərlə söhbət apardı - FOTOLAR
1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Xəzər rayonu Şüvəlan Qəsəbəsi, Spartak düşərgəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun seçiciləri ilə növbəti görüşü keçirilib
44 günlük Vətən Müharibəsində qazanılmış qələbənin məntiqi nəticəsi olan geosiyasi reallıqlarının fonunda beynəlxalq nüfuzu artmaqda olan dövlətimizin yeni mərhələyə qədəm qoyması vurğulanmış, Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin, Ulu Öndərin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsini qeyd edən Cəbrayıl rayon ziyalıları bugün müstəqil Azərbaycanın qurucusunun Heydər Əliyev olduğunu qeyd ediblər. Seçicilər namizəd Ceyhun Məmmədova dəstək olduqlarını, ötən dövr ərzində millət vəkilinin fəaliyyətini, seçicilərlə aparılan intensiv işi yüksək qiymətləndirdiklərini bildiriblər. Səsvermə günü seçicilərə yüksək fəallıq və iştirakçılıq arzu edən Ceyhun Məmmədov bundan sonra da bu fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Görüşün sonunda seçicilərin fikir və təkliflərini dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə müvafiq söhbətlər aparılıb.