“Ən güclü və nüfuzlu partiyaya səs verək!” -Fotolar

Image


Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Pirəmsən və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib.

Gununxeberı.az yap.org-a istinadən xəbər verir ki, görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov giriş sözü ilə açaraq bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasının bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur: “Sirr deyil ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub”.

Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. O, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı layiqincə doğruldacağına söz verib.

Tədbirdə Təvəkgül Əliyev və təşviqat qrupunun digər üzvləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası fəaliyyəti dövrü ərzində böyük inkişaf yolu keçib.
Çıxış edənlər uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.

Qeyd edək ki, Mahir Süleymanlı rayonun Pirəmsən kəndində Vətən müharibəsi şəhidi Aqil Nofəl oğlu Həsənovun, Zeyvə kəndində isə Aprel döyüşləri şəhidi Babək Vəfadar oğlu Abidovun ailələrini ziyarət edib.







XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30