Azay Quliyev seçicilərlə görüşdə: “Gənclərimiz seçkidə öz sözünü deyəcək!”

Image


8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin avqustun 15-də seçicilərlə növbəti görüşü də yüksək səviyyədə baş tutub.

 

Gununxeberı.az xəbər verir ki, görüş üçün ayrılan rəsmi ünvanda - Bakı Tennis Akademiyasında keçirilən toplantıda, ənənəvi olaraq öncə milli himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Deputatlığa namizədin vəkili Rəna İsmayılova bildirib ki, Azay Quliyevlə görüşlərə bütün yaş kateqoriyasından olan insanlar böyük maraq və həvəslə qatılırlar: “Biz sadəcə məlumat veririk ki, hansı tarixdə görüşümüz olacaq və müşahidə edirik ki, dairədə yaşayan insanlar səmimiyyətlə tədbirə gəlirlər. Hər dəfə zal tam dolu olur və bu onun göstəricisidir ki, insanlar ötən deputatlığı müddətində daim onların yanında olmuş Azay Quliyevə növbəti dəfə təbii olaraq etimad göstərdiklərini bu şəkildə nümayiş etdirirlər”.

 

Rəna İsmayılova qeyd etdi ki, görüşə gələn seçicilər arasında gənclərin üstünlük təşkil etməsi qürurverici haldır: “Azərbaycan gəncliyi kifayət qədər intellektualdır və çox sevindirici haldır ki, gənclərimiz ictimai-siyasi proseslərə, seçkilərə qətiyyən biganə deyil. Azay Quliyevin görüşünə gələn gənclər onun seçicilərini parlamentdə, beynəlxalq aləmdə ləyaqətlə təmsil etdiyini bilirlər. Bu, həm də onlara bir stimuldur. Biz tamamilə əminik ki, istər orta nəsil, istər yaşlı nəsil, istərsə də gənclər 1 sentyabrda 8 saylı dairədə məhz Azay Quliyevə səs verəcəklər”.

 

Vəkil Azay Quliyevin ötən deputatlıq dönəmində dairədə sosial xarakterli problemləri həll etməsinə dair çoxsaylı faktları sadaladı və diqqətə çatdırdı ki, Azay Quliyev son 4 illik fəaliyyəti haqqında Hesabat hazırlayıb və çap etdirib: “Ümid edirəm ki, hesabatla tanışsınız. Müxtəlif səbəblərdən tanış ola bilməyənlər, xüsusilə gənclər Azay Quliyevin rəsmi facebook səhifəsində– //www.facebook.com/AzayQuliyev/ - tanış ola bilərlər”.

Gənc seçicilər adından çıxış edən Gülər Sultanzadə dedi ki, onlar Azay Quliyevin fəaliyyəti ilə yaxından tanışdırlar: “Biz onun fəaliyyətini daim mediada, sosial şəbəkələrdə izləmişik, beynəlxalq platformalardakı çıxışlarını görmüşük. Fəxr edirik ki, o, bizim dairənin deputatıdır, hər zaman bizimlədir. Biz də daim onunla olacağıq”.

 

Daha sonra ziyalı ağsaqqallarımızdan olan Elmuraz Baxışov çıxış etdi. O, Azay Quliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiq olduğunu, parlamentdəki fəaliyyəti dövründə gördüyü çoxsaylı işləri, dairədəki problemlərin həllinə daim diqqət göstərdiyini bildirdi.

Elmuraz Baxışov bir ağsaqqal kimi bütün seçiciləri yenidən Azay Quliyevə səs verməyə çağırdı.  

 

Yekunda çıxış edən deputatlığa namizəd Azay Quliyev seçicilərə ona göstərdikləri səmimi münasibətə və dəstəyə görə dərin təşəkkürlərini çatdırdı: “Məndən əvvəl çıxış edənlər tamamilə doğru qeyd etdilər, bəli, gənclər ölkəmizin taleyində çox mühüm rola malikdirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim gənclərə xüsusi qayğı və diqqətlə yanaşır. Azərbaycan gəncliyi Vətən Müharibəsində öz sözünü cəsarətlə dedi , nə qədər milli və döyüşkən ruha malik olduğunu dünyaya sübut etdi. Habelə, elə bu günlərdə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da gənclərimiz ölkəmizin başını uca etdilər. Cənab Prezident onların fədakarlığına və gərgin əməyinə yüksək qiymət verdi, ali orden və medallararla mükafatlandırdı.

Həmçinin, gənclərimiz ictimai-siyasi həyatda, elm sahəsində də mühüm uğurlara imza atıblar. Sevindirici haldır ki, gənclik sağlam düşüncəyə malikdir. Gənclərimiz ölkədə, bölgəmizdə yeni reallıqların ruhuna uyğun davranır. Müşahidə edirəm ki, seçki prosesində də gənclər həm seçici, həm müşahidəçi, həm könüllü, həm də bir sıra dairələrdə namizəd kimi aktiv iştirak edirlər. Mən şübhə etmirəm ki, 8-ci dairədə də gənc seçicilər orta və yaşlı nəsil kimi aktiv iştirakını sonadək davam etdirəcək və öz sözünü deyəcək”.

Azay Quliyev sonda bütün seçicilərini, xüsusilə gəncləri seçki günü, sentyabrın 1-də doğru seçim etməyə və səsvermədə fəal olmağa çağırdı.Modern.az








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30