Azərbaycan güclü idman dövlətidir

Image




Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər arasında beynəlxalq idman tədbirləri də xüsusu yer tutur. Beynəlxalq idman tədbirləri dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Belə idman tədbirləri həm də ölkənin imicinin və nüfuzunun formalaşmasında böyük rol oynayır. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ölkəmizdə davamlı olaraq keçirilən nüfuzlu idman tədbirləri də bunu bir daha təsdiqləyir.


Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə bu və ya digər xalqın qürur mənbəyinə çevri¬lir, dünya ictimaiyyətində rəğbət do¬ğurur. Bu gün idman mühüm potensiala və im¬kanlara malik siyasi təsirin mühüm komponentlərindən biridir. Belə yarışlarda qalibin şərəfinə himn səsləndirildikdə və təmsil olunduğu dövlətin bayrağı qaldırılanda ölkənin nüfuzuna birbaşa təsir edir. 


Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazan-malarında mühüm rol oynayır.


Əlbəttə, ölkəmizdə bir çox mötəbər idman tədbirlərinin keçirilməsi, dünya və Avropa çempionatlarında, Olimpi¬ya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmiz birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və bir çox digər beynəlxalq yarışlara ev sahibliyi edib.


Qürurla deyə bilərik ki, Azərbaycanın idman sahəsindəki uğurları beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dövlətimiz üçün priori¬tet məsələ idmançılara qayğı göstərməklə yanaşı, onların sosi¬al şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmanla məşğul olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə dövlət vəsaiti hesabına respublikanın rayonların¬da onlarla müasir Olimpiya idman kompleksləri tikilib, Bakıda ən müasir idman infrastrukturu fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman, şübhəsiz ki, Azərbaycanda təbii milli qürur mənbəyinə çevrilib. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən idman strukturları – dövlət başçı¬sının rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər.


Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.


Azərbaycan prezidenti idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb:    “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.


Bir sözlə, idman təkcə daxili de¬yil, həm də dövlətin xarici siyasətinin ən mühüm tərkib hissəsidir. Bun¬dan başqa, dövlətin beynəlxalq nüfuzunun idman vasitəsilə möhkəmləndirilməsində müəyyən bir ölkənin ərazisində keçirilən iri beynəlxalq yarışlar da xüsusi rol oy¬nayır. Bu cür yarışlar dövlətə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə uğurları nümayiş etdirməyə, turistləri və ixtisaslı işçiləri cəlb etməyə imkan verir. Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Bu mənada Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir. Ölkəmizin dünya miqyasında tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində formalaşan idman siyasəti beynəlxalq aləmdə öz nəticələrini verir. 


Kamran Quliyev

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin

Abşeron rayonu üzrə sektor müdiri








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30