Azərbaycan güclü idman dövlətidir

Image

Azərbaycan güclü idman dövlətidir

 Azərbaycanda idmana göstərilən dövlət qayğısı, ölkənin sosial və milli inkişaf strategiyasının mühüm bir hissəsidir. Çünki, idmanla məşğul olmaq yalnız fiziki sağlamlığı deyil, həm də vətənpərvərlik, milli birlik və fəxr hissini gücləndirir. Dövlətin idmana verdiyi dəstək bu sahənin inkişafını sürətləndirir, ölkənin beynəlxalq arenada tanınmasında öz rolunu oynayır. 

Azərbaycanda idmana göstərilən dövlət qayğısının istiqamətlərindən biri də idman infrastrukturlarının inkişafıdır. Belə ki, bu istiqamətdə ölkə ərazisində müasir idman komplekslərinin, stadionların və müxtəlif idman meydançalarının tikintisini və təmirini misal göstərmək olar. Bu isə həm yerli idmançılara, həm də ölkəmizdə keçirilən beynəlxalq yarışların iştirakçılarına yaxşı şəraitin yaradılmasını təmin edir. Bununla yanaşı, idman sahəsinə dövlət qayğısını təhsil və kadr hazırlığında da görmək olar. Məktəblərdə və ali təhsil müəssisələrində idman təhsilinin təşviqi, idman müəllimlərinin peşəkarlığının artırılması üçün təşkil olunan proqramlar buna misal göstərilə bilər. Eyni zamanda, idman akademiyası və klublar gənc istedadların yetişdirilməsi üçün müasir metodlarla təmin edilir. 

Bildiyimiz kimi, ölkəmizdə idman tədbirlərinin təşkilinə də böyük diqqət yetirilir. Müxtəlif milli və beynəlxalq yarışların keçirilməsi, idman festivalları və turnirlər ölkədə idman mədəniyyətinin inkişafına kömək edir. Bu tədbirlər həm də yerli idmançıların motivasiyasını artırır və cəmiyyətin idmana olan marağını gücləndirir. Dövlətin idmana göstərdiyi qayğının başqa bir aspekti də idmançılara maddi və mənəvi dəstəkdir. Dövlət tərəfindən idmançılara müxtəlif mükafatlar, təqaüdlər və stimullar təqdim edilir. Bu dəstək, onların beynəlxalq yarışlarda uğur qazanması və dolayısıyla ölkəmizin adının layiqincə təmsil edilməsinə şərait yaradır.

Bildiyimiz kimi, bu il Fransanın paytaxtında keçirilən XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmiz 2 qızıl olmaqla ümumilikdə 7 medalla ilk 30 ölkə arasında yer tutub. 14 avqust tarixində cənab Prezident İlham Əliyev bu yarışlarda medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir. Qəbulda çıxışı zamanı ölkə başçımız idmançıları qələbə münasibətilə təbrik etmiş, yarışlarda Azərbaycan bayrağının ucaldılmasının bütün azərbaycanlıların sevincinə səbəb olmasını vurğulamışdır.  

Məlumdur ki, Olimpiya Oyunları bəşəriyyətin ən qədim və prestijli idman tədbirlərindən biridir. Bu oyunlar idmançıların yüksək səviyyəli bacarıqlarını nümayiş etdirdiyi bir platformadır. Hər dörd ildən bir təşkil edilən Olimpiya oyunlarında dünyanın müxtəlif ölkələrindən gələn idmançılar öz gücünü, çevikliyini və texnikasını ən yaxşı şəkildə nümayiş etdirirlər. Bu cür qlobal miqyasda yarışlar idmançıların professional inkişafını təmin edir və idman texnikalarının müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak etməyə başladı. O vaxtdan bəri idmançılar Olimpiya oyunlarında əzmkarlıqla iştirak edərək müxtəlif medallar qazanmışlar. Bu qələbələr Azərbaycanın beynəlxalq idman arenasında tanınmasına və ölkənin idman potensialının nümayişinə şərait yaratmışdır. Azərbaycanın Olimpiya qələbələrində əsas faktorlardan biri də idmançıların yüksək səviyyədə təlimi və hazırlığı, müasir idman infrastrukturunun mövcudluğu və dövlətin idmana verdiyi dəstəkdir. Dövlət tərəfindən idmançılara təmin edilən müasir məşq şəraiti, tibbi dəstək və maliyyə yardımı, onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Bu qələbələr həm idmançının şəxsi müvəffəqiyyəti, həm də Azərbaycanın qlobal idman mühitindəki mövqeyini güclənməsinin bir göstəricisidir. Hər bir medal Azərbaycan xalqının idman sevgisini və idmançılara olan dəstəyini artırır.



Sailə Salahova 

YAP Pirallahı rayon təşkilatının fəalı









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30