106 saylı Tovuz seçki dairəsindən namizədliyi təsdiqlənmiş namizədlərdən biri də Təranə Əskərovadır. Onun namizədliyi Ağ Partiya tərəfindən irəli sürülüb
106 saylı Tovuz seçki dairəsindən namizədliyi təsdiqlənmiş namizədlərdən biri də Təranə Əskərovadır. Onun namizədliyi Ağ Partiya tərəfindən irəli sürülüb.
Təranə Əskərova 26 dekabr 1967-ci ildə Tovuz rayonunda anadan olub. 1989-cu ildə Xalq Təsərrüfatı İnstitunun bitirib.
İqtisadçıdır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olub.
Daxili auditorların rəhbəri kimi fəaliyyət göstərib.
Müxtəlif sahələrdə maliyyə məsələlərinin, vergi məsələlərin həll olunmasında nailiyyətlər əldə edib.
Maliyyə və idarəçilik sahəsində böyük təcrübəyə malikdir. Beynəlxalq Qadınlar klubunun üzvü olub, kimsəsiz uşaqlara, qocalar evlərinə dəstək proqramlarında iştirak edir. Şəhid ailələri ilə, qazilərlə sıx təmasda olub, onların hər hansı istəklərinə dəstək olur.
Hal hazırda direktor müavini vəzifəsində çalışır.
İki övladı, bir nəvəsi var.