“Milli Məclis müğənni yeri deyil, gedib nəvələrini oynatsın” - Deputatlığa namizəd

Image


Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlər arasında iddialı şəxslərdən biri də Güləli Qəhrəman oğlu Bağırovdur.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olan Bağırovun əsas rəqibləri namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Leyla Babışova, Akif Nağı və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur.


Gununxeberi.az Bakupost.az- a istinadən  xəbər verir ki, Güləli Bağırov Konkret.az-a açıqlamasında Polad Bülbüloğlunun onun əsas rəqiblərindən biri olduğunu deyib:

“Əsas rəqiblərim Polad Bülbüloğlu, YAP tərəfindən namizədliyi irəli sürülmüş Leyla Babışova, həmçinin Qarabağ qazisi Hamlet Gülməmmədov və Akif Nağıdır. Hamlet bəy də aktiv şəkildə seçicilərlə görüşür. Lakin ciddi rəqibim Polad Bülbüloğludur. O, Azərbaycanda yetərincə tanınan, məşhur şəxsdir.


Lakin bir məsələ var. İstəyirəm onun üzərində xüsusi dayanaq. Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də anadan olub. Təsəvvür edin, həmin ildə Yalta konfransı keçirilib. Stalin, Ruzvelt və Çörçil Yaponiyaya qarşı danışıqlar aparıb. Bunu ona görə xüsusi vurğulayıram ki, Polad Bülbüloğlunun yaşlı olduğunu diqqətə çatdırım. Yaşlı bir insan kimi onun hansı enerjisi ola bilər ki, seçiciləri ilə müntəzəm görüşlər keçirsin, onların problemlərinin həlli istiqamətində gərgin işlər görsün? Təbii ki, onun fiziki imkanları buna mane olacaq. Elə götürək ABŞ prezidenti Baydeni. Yaşına görə növbəti seçkilərə buraxılmadı. Polad Bülbüloğlu da Bayden yaşındadır.

İstərdim ki, Polad Bülbüloğlu insanların yaddaşında bir sənətçi və bəstəkar kimi qalsın. Milli Məclis müğənnilərin yeri deyil. Orada iqtisadçılar, hüquqşünaslar təmsil olunmalıdır. ABŞ Senatına nəzər saldıqda görürük ki, oradakıların 72%-i hüquqşünasdır. Mən də Türkiyədə və Avropada təhsil almışam. Dediyim kimi, 79 yaşlı insanın siyasətdə yeri yoxdur. Yaxşı olardı ki, gedib nəvələri ilə oynasın, kitab yazsın”.

O, Polad Bülbüloğlunun vaxtilə ciddi siyasi səhvlər etdiyini diqqətə çatdırıb:“Mənim Polad bəyə hörmətim sonsuzdur. Amma o, II Qarabağ müharibəsi zamanı ciddi siyasi səhvlər edib. Polad Bülbüloğlu ermənilərə mədəni muxtariyyət verilməsinin tərəfdarı idi. Mənə isə jurnalistlər sual verəndə birmənalı olaraq demişdim ki, yalnız və yalnız müharibə etməliyik. Onun atasının heykəlini Şuşada gülləbaran ediblər, lakin o, ermənilərə muxtariyyətdən danışırdı. Təbii ki, bu, doğru deyildi.

Digər rəqibim Leyla Babışova haqqında isə onu deyə bilərəm ki, gənc kadrdır, Azərbaycan xanımıdır, YAP-ın Şuşa rayon təşkilatının sədr müavinidir. Onu şəxsən tanımıram. Haqqında da heç nə deyə bilmərəm. Akif Nağıya böyük hörmətim var. Onu bir dəfə Şuşa-Qarabağ futbol klubunun tədbirinə dəvət etmişəm və gəlib məmnuniyyətlə iştirak edib. Ona görə də aramızda hörmət yaranıb”.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30