Qazaxıstan Respublikası Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

Image

Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayan Aparat rəhbəri, Azərbaycan və Qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən Fərid Hacıyev, əlaqələrimizin inkişafında ölkə başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb. 

44 günlük Vətən müharibəsi və keçən il həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsindən söhbət açan Fərid Hacıyev,  Qazaxıstan tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsindəki ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. O, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Qazax xalqının hədiyyəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirakını məmnuniyyətlə qeyd edib.

Görüş zamanı, nümayəndə heyətinə Milli Məclisin və onun Aparatının strukturu, ölkədəki seçki sistemi, qanun yaradıcılığı prosesi, mövcud komitə və komissiyalar, partiyaların təmsilçiliyi,  həmçinin parlamentin xarici əlaqələri barədə məlumat verilib. Fərid Hacıyev ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib. 

Görüşdə qeyd olunub ki, Azərbaycan digər sahələrdə olduğu kimi, Qazaxıstan Respublikası ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də yaxından maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların rolu vurğulanıb, ölkə parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub. Parlament Aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub. 

Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkay Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq da öz növbəsində Milli Məclis Aparatının rəhbərini Qazaxıstana səfərə dəvət edib.

Ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışan qonaq, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu qeyd edib, ikitərəfli münasibətlərin dərinləşməsində qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətindən danışıb.

Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov iştirak ediblər.

***

Qazaxıstan Parlamenti Senatının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik, Sosial qanunvericilik, Beynəlxalq münasibətlər və İnformasiya resursları və texnologiyaları şöbələri ilə nümayəndə heyətində təmsil olunan  müvafiq şöbələrin nümayəndələri arasında görüşlər keçirilib.

Görüşlərdə parlament şöbələrinin funksiyaları,  fəaliyyət istiqamətləri, iş prinsipləri, qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, həmçinin VI çağırış Milli Məclisin beynəlxalq əlaqələri və həyata keçirdiyi uğurlu parlament diplomatiyası, tətbiq olunan texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə məlumat verilib.

Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

***

Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə də tanış olub.

Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov burada deputatlar üçün yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verib.

Sonra qonaqlar parlamentin inzibati binasının foyesində VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş “Zəfər guşəsi” ilə tanış olublar. Bildirilib ki, həmin guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar guşədə yer alan və Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla və digər məlumatlarla tanış olublar.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30