Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verildi
50 264 namizəd arasından 5740 nəfər test imtahanı mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib
Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub.