QARABAĞ AZƏRBAYCANIN QƏDİM İDMAN VƏ MƏDƏNİYYƏT TARİXİDİR

Image



Azərbaycan qədim tarixə malik olan bir ərazidir. Azərbaycan xalqının qədim tarixi, mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti vardır. Azərbaycan istedadlı şairləri, alimlər, müəllimlər, pəhləvanlar və sənətkarlar yetişmişdir. Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, hələ qədim zamanlardan belə tuncdan qablar, nizələr, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Azərbaycanın mədəniyyəti, ovçuluğu kaman və oxun ən erkən təsvirləri Qobustan qayaüstü rəsimlərində öz əksini tapmışdır. Azərbaycanın geniş xalq təbəqələri arasında kəmənd atma (kəmənd-qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucu ilməkli uzun ip.) bacarığıda geniş yayılmışdır. Vəhşi heyvanalrın ovu zamanı kəmənd atma bacarığı fiziki tərbiyənin bir növü kimi formalaşmışdır. Qobustan qayalarının üzərində mühasirəyə düşən atlar sıldırımlı qayalardan atılmağa hazırlaşır lakin ovçular isə həmin sıldırımın qarşısını kəsmişdirlər kimi cizilmış şəkillər təsvir edilmişdir. Azərbaycan folklor toplularında atçılıqla əlaqədar misallarla rastlaşırıq. Məsələn: At igidin yaraşığıdır; At yeriməklə, insan bilməklə və s. [3.səh-27-32]

  Qarabağın başqa bölgələri ilə yanaşı Şuşa və onun ətrafında qədim insanların hələ Paleolit dövründən məskən salması təkzibedilməz faktlarla sübut oılunmuşdur. Azərbaycanda paleolit dövrünün (ən qədim daş dövrü) əsasını qoymuş professor Məmmədəli Hüseynov bütün dünyada məşhur olan Azıx, Tağlar, Zar və başqa mağara düşərgələrilə yanaşı Şuşa paleolit mağarasınıda aşkar etmiş, tədqiqatlar apararaq elmi ictimaiyyətə çatdırmışdır ki, Azərbaycanın Qarabağ ərazisində nizə atmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək,  pəhləvanlıq, milli mütəhərrik xalq oyunları, Dirədöymə, Baharbənd və Çövqan oyunları ilə məşğul olmuşlar. [2.səh-89-95]

  Bununla yanaşı, Şuşa və onun ətrafında, habelə Şuşakənd, Daşaltı, Mehtikənd və s. yaşayış məntəqələrində xüsusilə son tunc və ilk dəmir dövrünə aid çoxsaylı daş qutu qəbirləri, daş və dəmirdən düzəldilmiş ovçuluq silahları kurqanlar mövcuddur. Bütün bunlar Şuşa və onun ətrafında ən qədim dövrlərdən Azərbaycanın qədim sakinləri tərəfindən məskunlaşmasını göstərir. Xatırladaq ki, Qarabağ, o sıradan Şuşa şəhəri və onun tarixi abıdələri haqqında ilkin məlumatlar əcnəbi səyyah və tədqiqatçılar tərəfindən verilmişdir.

  Öz arxeoloji tədqiqatlarına Şuşa və onun ətrafında başlayan, Emil Aleksandroviç Resler (onun soy adı bəzi yazılarda –Rosler, Restler-kimi də getmişdir), XIX əsrin 90-cı illərində Azərbaycanın Şuşa, Xocalı, Axmaxı, Ballıqaya, Sırxavənd və s. abidələrində qazıntılar aparmışdır. Qalatəpə, Qara köpəktəpə abidəlırinə baxış keçirərək çoxsaylı kurqan, daş abidələr arxeoloqlarının və tarixçilərinin böyük marağına səbəb olan daş parçaları üzərində əks etdirilən cizgilərdə milli rəqslər, döyüş səhnələri, fiziki hərəkətlər məsələn: ov ovlamaq, at çapmaq, nizə atmaq, fiziki hərəkətlərin qədim zamanlardan belə inkişaf etməsindən xəbər verir.

  Şuşa şəhərində yaşayan və elmi arxioloji tədqiqatlar aparan Emil Aleksandroviç Resler ilk axtarışlarını Şuşada  aparmışdır. O, 1891- ci ildə Şuşanın yaxınlığındakı Şuşakənddəki nekropolda üç daş qutu qəbri açmışdı və daş qəbirlərdən tuncdan əsa başlığı, düymə, bıçaq, xəncər, oraq və s. ov alətləri tapılmışdır.

  Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri idi. Qarabağ xanlığının yarandığı zaman sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər olmadığından Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsi əmrini verdi. [1.səh-84-86]

  1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür sıldırım dağ üstündə Şuşa qalasının inşasına başlandı.

 1756–1757-ci illərdə Şuşa qalası tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı. Şuşa yaşayış məskənindəki insanlar dövr keçdikcə daha mükəmməl alətlərdən istifadə etmişdilər. Ətraf ərazilərdə olan mis yataqlarından istifadə edərək alətlər düzəldən bu qədim insan həmdə saxsı qablar da istehsal etməyi öyrənmişdilər. Şuşa insanı insanlığın keçirdiyi bütün dəyişikliyi keçərək həm mis, həm tunc, həm də dəmir dövrünü yaşamışdır.

  Naməlum Venetsiyalı tacir Səfərnamə əsərində Qarabağda səfərdə olarkən gördüklərini, müşahidələrini yazarkən Şuşa şəhərinə də xüsusi bir yer ayırmışdır. Venetsiyalı tacir sıldırım qayalarla əhatə olnmuş bir yerdə qala şəhər vardır yazırdı. Əhalisinin türk dilli, əsas məşğuliyyətləri ovçuluq, at çapmaq və ipəkçilik olduğunu xüsusi vurğulayırdı. [4.səh-27-32]

  XIX-əsrin at mütəxəsisi D.Dubenski yazırdı ki, “Zaqafqaziyada bir sıra cins atlar olsa da, əslində həmin atlar Qarabağ atlarının törəməsidir. Qarabağda ilk atçılıq təsərrufatı məhşur şairə Xurşud Banu Natəvanın atası Qarabağ xanı general-mayor Mehdiquluxan tərəfindən yaradılmışdır. Mehdiquluxanın vəfatından sonra qızı Natəvan atasının atçılıq təsərrüfatını inkişaf etdirmişdir. Azərbaycan atlarının böyük seleksiyası (Seleksiya sözü latınca Selectio – seçmə deməkdir, İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır.) “Qarabağ atı”, “Qazax atı”, “Quba yorğası” və Şirvan at cinsləri məhşur olmuşdur. Azərbaycan atlarından o cümlədən Qarabağ cinsli atların təsviri sənətimizdə layiqli yer tutur.

”Çovqan” sözü, “çubuq ilə vurmaq” mənasını verir. Tarixçilərin fikrinə görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmışdır və bir neçə yüzilliklər ərzində Azərbaycan, İran, Türkiyə, Orta Asiya və digər qonşu ölkələrdə məşhur olmuşdur.

  Çovqan oyununun Azərbaycan ərazisində məşhur olmağına dair yazılı mənbələr mövcuddur. Beyləqan rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzırində çovqan oyununun fraqmenti əks olunmuşdur.  Bu tapıntı çovqan oyunun IX əsrdə Beyləqanda mövcud olduğunu sübut edir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında, “Kitabi Dədə Qorqud” eposunda çovqan oyunu haqqında məlumatlara rast gəlinir.  Həmçinin “Xosrov və Şirin” poemasına çəkilmiş miniatürlərdə, Təbriz miniatürlərində çovqan oyunun səhnələri əks olunmuşdur. Qədim əlyazmalarda çovqan oyununun qaydaları ətraflı olaraq təsvir olunur. Çovqan oyunu Qarabağda və Azərbaycanın müxtəlif regionlarında keçirilirdi. Tarixən, çovqan oyununu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi. Qarabağ atları öz gözəlliyi ilə seçilir və bu oyun üçün əhilləşdirilirdilər. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Bu oyun müntəzəm olaraq müxtəlif respublika və ümumittifaq şənliklərinə daxil edilmişdir.

  Böyük İpək Yolu sayəsində çovqan Hindistanda məşhurlaşmışdır, oradan XII əsrdə Avropaya gətirilmişdir və Avropada, eləcə də Amerikada geniş yayılmışdır. İngilislərin təşəbbüsü ilə bu oyun at polosu adını aldı və 1900-cü ildə Parisdə keçirilmiş İkinci Olimpiya Oyunlarının proqramına daxil edilmişdir. Qarabağda bu oyun keçmiş əsrin 80-ci illərinin axırına kimi məşhur olmuşdur.

Azərbaycan xalq oyunları “Çovqan”, “Sür papaq”, “Qız qovdu” 1971 ci ildə SSRİ xalqları Spartakiadası proqramına daxil edildi. Festivallar proqramına daxil olan Qarabağ atları üzərində milli xalq idman oyunları 1990 cı ilin oktyabır ayında Bakı cıdır meydanında keçirilmişdir. Proqrama “Çovqan”, “Sür papaq”, 1800 və 2000 m məsafəyə iki cıdır yürüşü və nümunəvi “Qız qovdu” yarışları daxil edilmişdir.

Bu millin yarışda Azərbaycanın dörd komandası Ağstafa, Ağdam, Şəki və Bakı komandaları mübarizə aparmışdır. Proqramda 1800 m məsafəyə Qarabağın “Dilboz” cinsindən olan atları keçirilmişdir. Bu yarışlarda Bakı komandası qalib gəlmişdir. Yarış qalibləri 1991 ci ildə SSRİ xalqlarının milli oyunları festivalında iştrak etmişdirlər.

  Bu oyunun yeni tarixi 2000-ci illərdə başlamış, 2006-cı ildə Prezident kuboku turniri keçirilmişdir və turnirdə ölkənin 8 regionu təmsil olunmuşdur.

  2013-cü ilin sentyabr ayında Bakıda at polosu üzrə dünya kuboku yarışı keçirilmişdir. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çövkən üzrə bir komandası arasında nümunəvi matç da keçirildi. Azərbaycanda bu gün də ölkənin müxtəlif rayonlarında çovqan milli oyunu üzrə yarışlar keçirilir.[5. səh -3-8]

Çovqan oyunu 2013-cü ildən başlayaraq həmdə UNESCO-nun qeydə alınmış mədəni irs siyahısına daxil edilib. Bu tanınma, Çovqan oyununun qlobal miqyasda mədəni irs kimi tanınmasını və qorunmasını yüksək səviyyədə təmin edir. UNESCO, bu oyunun qeyri-maddi mədəni irs kimi əhəmiyyətini vurğulamaqla, onun tarixi və mədəni dəyərini beynəlxalq səviyyədə tanıyır.

Tanınmanın Əsas Səbəbləri

1. Tarixi Dəyər: Çovqan oyununun qədim dövrlərə aid olması, onun tarixi əhəmiyyətini artırır. Bu oyun, qədim döyüş texnikalarını və atlı bacarıqları təmsil edir, eyni zamanda müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini çox yaxşı göstərir.

2. Mədəni Əlaqələr: Çovqan, bölgə xalqları arasında sosial bağları gücləndirmək və mədəniyyətlərarası əlaqələri möhkəmləndirmək məqsədini güdür. Oyun, həm də liderlik və qəhrəmanlıq simvolu olaraq qiymətləndirilir.

3. Sosial Funksiya: Çovqan, bir cəmiyyətin birləşməsi və həmrəyliyi üçün əhəmiyyətli bir vasitədir. Müxtəlif bayramlar, festivallar və mərasimlər zamanı oynanaraq, sosial əlaqələri gücləndirir.

4. Mədəni İrsin Qorunması: UNESCO, mədəni irsi qorumaq məqsədilə oyunların qorunması və gələcək nəsillərə çatdırılması üçün tədbirlər görür. Çovqan oyununun bu siyahıya daxil edilməsi, onun qorunmasına və mühafizəsinə dair beynəlxalq dəstək anlamına gəlir.

 

  Son illərdə Qarabağ atlarının yetişdirilməsinin çətinliyi səbəbindən, eləcə də çovqan oyununun tarixinin unudulmasının qarşısının alınması məqsədilə çovqan oyunu qorunaraq inkişaf etdirilir.

Nəticə

Çovqan oyunu, qədim dövrlərdən günümüzə qədər uzanan qədim bir ənənədir. Onun tarixi, qaydaları və mədəni əhəmiyyəti, bu oyunların müasir dövrdə də davam etməsini təmin edir. Çovqan, həm döyüş bacarıqlarını inkişaf etdirmək, həm də sosial və mədəni əlaqələri gücləndirmək məqsədini güdür. Gələcəkdə də bu qədim oyunların yaşadılması və müasir dövrdə yenidən canlandırılması, mədəni irsimizi qorumaq üçün əhəmiyyətli rol oynayacaq.



Azərbaycan İdman Akademiyası, İqtisadçı, müəllim

İlkin Məmmədov Rasət oğlu








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30