Eldar Quliyev Maştağada sakinlər ilə səyyar görüş keçirib-Fotolar
Milli Məclisin deputatı Eldar Quliyev Maştağada seçicilərlə görüş keçirmişdir.
Görüşdə Maştağa ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlərin bundan sonra da davam edəcəyini söylədi.
Sonra Millət vəkili Eldar Quliyev , əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib .