Milli Kitabxanada “Akademik Rafael Hüseynov - 70” adlı kitab sərgisi açılıb

Image



Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, akademik Rafael Hüseynovun 70 yaşı tamam olur.

  • Rafael Baba oğlu Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. Burada 12 saylı şəhər orta məktəbini bitirib və Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil alıb.

Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlayıb və dövri mətbuatda vaxtaşırı çıxış edib.

Akademik Rafael Hüseynov orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş tədqiqatların müəllifidir. O, Məhsəti Gəncəvinin rübailərini tərtib edıb, H.Cavid, R.Rza və N.Rəfibəyli haqqında xatirələr kitabı yazıb,  “Məhsəti Gəncəvi - özü, sözü, izi”,  “Söz heykəli”, “Vaxtdan uca”, “Böyük yolun həqiqəti”, “İkinci olmayacaq” və s. əsərlərin müəllifidir.

Akademik Rafael Hüseynov 600-ə yaxın elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi və rejissoru, 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.

Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında “Ocaq başı”(1990), “Məhsəti zirvəsi” (2013), “Söz məbədi. Nizaminin salamı” (2020), “Bakıxanovlar” (2020), “İşıqla yazılan tarix”(2020), “Hər evin qonağı”(2021) sənədli elmi-kütləvi filmləri var.

Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənib.

Qeyd edək ki, Rafael Hüseynov 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub. Fars, ingilis, rus və tacik dillərini bilir.

Akademik Rafael Hüseynov Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyəti qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, “Şərəf” ordeni ilə təltif edilib.

Milli Kitabxanada akademik Rafael Hüseynovun yubileyi ilə əlaqədar “Akademik Rafael Hüseynov - 70” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

 Sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları,  tərtibçi, ön söz, məsləhətçi, rəyçi, tərcümə və redaktə etdiyi  Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda nəşr olunun məqalələri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30