İran-İsrail gərginliyi artır: Böyük müharibəyə yol açılırz

Image


Britaniya, Almaniya və Fransa hökumətləri İranı İsrailə qarşı hücumdan çəkindirmək üçün birgə bəyanat yayıb. Bildirilib ki, İran və İsrail arasında mümkün müharibə Qəzzadakı vəziyyəti daha da ağırlaşdıra, atəşkəs və əsir mübadiləsi üzrə danışıqlara zərər verə bilər.

Bəs görəsən, İran-İsrail müharibəsinin başvermə ehtimalı nə qədərdir?

Politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Britaniya, Almaniya və Fransa birgə bəyanatla İrana təsir göstərməyə çalışırlar.

Onun sözlərinə görə, sözügedən ölkələrin vaxtında İsrailə bəyanat göndərməməsi və İsraili Qəzzada törətdiyi dəhşətli hadisələrdən yayındırmağa çalışmaması maraq doğuran məqamdır:

"İsrailin əsas məqsədi Qəzzanı yerlə-yeksan edəndən sonra bölgəyə yəhudi əhalisini yerləşdirməkdir. Bu prosesdə İsrail bütün həddləri aşır, hətta BMT-nin də səsi eşidilmir. İrana gəlincə, İsrailin Tehranda İsmayıl Haniyəni qətlə yetirməsi çox təəccüb və təəssüf doğuran haldır. Bu, çox arzuolunmaz hadisədir. Nəzərə alaq ki, İsmayıl Haniyə həm də danışıqlar üzrə İsrailin tərəfdaşı idi. İran söz verib ki, mütləq şəkildə İsrailə cavab verəcək. Artıq İran özünün nüvə obyektləri, strateji mövqelərini etibarlı şəkildə qurmaq üçün tədarüklərini görür".

Qərbin İslam dünyasına olan münasibətinin hər kəsə məlum olduğunu bildirən politoloqa görə, zamanında elə Azərbaycana da əsassız təzyiqlər olunurdu.

"30 ildən artıq idi ki, Ermənistan bölgədə vəhşilik edirdi. Azərbaycanlıları qətlə yetirirdi. Lakin Ermənistana xəbərdarlıq edən bir ölkə yox idi. Bütün dövlətlər bir qayda olaraq, Azərbaycanı günakar görürdü. Ölkəmiz qələbə əldə edib, ərazi bütövlüyünü bərpa edəndən sonra bölgədə sabitlik yaratmağa çalışır. İndi də Azərbaycanla müharibə etməsi üçün Ermənistana silah-sursat verilir. Yəni, Qərb türk dünyasını özünə potensial düşmən kimi görür və çalışır ki, türk dünyasını zəiflətsin. ABŞ, Fransa, İngiltərə, Almaniya və NATO rəhbərliyi vaxtında praqmatik davranarsa, münaqişələr də yaranmaz" , - deyə müsahibimiz vurğulayıb.

Tofiq Abbasov: Bu müharibəni ən çox istəyən Benyamin Netanyahudur

Tofiq Abbasov hesab edir ki, İran-İsrail gərginliyi getdikcə artır. Avqustun 15-nə kimi İranın İsrailə cavab verəcəyi gözlənilir. Yəni, böyük müharibəyə yol açır.

Müsahibimiz hesab edir ki, bu müharibəni ən çox istəyən İsrailin baş naziri Benyamin Netanyahudur. Onun fikrincə, müharibənin uzun çəkməsi Netanyahunun cinayətkarlıq ittihamından xilas olması və girov məsələsində yaxasını geri çəkmək üçün lazımdır:

“Netanyahu bilərəkdən atdığı addımlarla öncəliklə İsrail xalqını fəlakətə sürükləyir".

Qeyd edək ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca Yaxın Şərqdə İran və onun tərəfdaşları ilə İsrail arasında gərginlik daha da şiddətlənib. HƏMAS liderinin qətlində İsraili günahlandıran ali dini lider Əli Xamenei bu ölkəyə qarşı hücum əmri verib.







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30