Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır

Image

Ülvi Quliyev
15 saylı Yasamal birinci seçki dairəsindən
deputatlığa namizəd


Təhlükəsiz dünya nizamının ciddi təhdidlərlə üz-üzə qaldığı artıq sirr deyil. Yaxın Şərqdə və Şərqi Avropada alovlanan münaqişə ocaqları bu təhdidlərin yalnız görünən tərəfidir. Dünyanın yenidən bölüşdürülməsi, təsir dairələri uğrunda aparılan geosiyasi rəqabət elə təhlükəli həddə çatıb ki, nüfuzlu ekspertlərdən bəziləri üçüncü Dünya müharibəsinin artıq başlandığını belə iddia edirlər. Hansı çoğrafiyada yerləşməsindən asılı olmayaraq, yaşanmaqda olan gərginlik bütün xalqların və dövlətlərin marağına toxunur, dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Müşahidə etdiyimiz təhdidlər ölkəmizi də narahat edir. Çünki Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymağımıza baxmayaraq, o hələ də müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır, vaxt udmağa çalışır, hamiləri isə onu müntəzəm şəkildə hücum təyinatlı silahlarla təchiz edir. Ermənistanın havadarları həyata keçirdikləri militarizasiya siyasətini riyakarcasına müdafiə xarakterli tədbir kimi qələmə verməyə çalışsalar da, Konstitusiyasında Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarını nəzərdə tutan və işğalçılıq keçmişi olan bir ölkənin asanlıqla islah olunacağına inanmaq çox çətindir. Dünyada baş verən irimiqyaslı münaqişələr həm də bu səbəbdən cəmiyyətimizi haqlı olaraq narahat edir.

Prezident İlham Əliyev geosiyasi gerçəkliyi, o cümlədən bəzi aparıcı dövlətlərin təhlükəsiz dünya nizamını təhdid edən bədnam ayrı-seçkilik siyasətini nəzərə alaraq, cari ilin fevralında Milli Məclisdə keçirilən andiçmə mərasimində cəmiyyətimizlə yanaşı, Türk dünyasına bu tarixi mesajı vermişdi: “Bizim başqa ailəmiz yoxur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. Azərbaycan Prezidentinin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, habelə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarının həmin müddətdə 15 dəfə Azərbaycanı ziyarət etmələri onun göstəricisidir ki, Prezident İlham Əliyev bəyan etdiyi strateji xəttin reallaşması istiqamətində ardıcıl siyasət yürüdür və əməli addımlar atır. Dövlət başçımızın Qazaxıstan Prezidentinin dəvəti ilə avqustun 8-də Astanaya növbəti səfəri həm də TDT daxilində münasibətlərin daxa sıx əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə səsləndirdiyi bu bəyanat TDT-yə üzv ölkələrin formalaşmaqda olan ortaq maraqlarının geniş çərçivəsindən xəbər verir: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”.

Şübhəsiz ki, ölkə Prezidentinin bu mesajı dünyada baş verən qarşıdurmaların yaratdığı təhlükəli reallıqdan irəli gəlir, belə çağırışlara qarşı birgə səylərin əlaqələndirilməsini labüd edir. Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanatlar, eyni zamanda, Orta Dəhlizin reallaşması, o cümlədən Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının açılması zərurətini bir daha aktuallaşdırır. Dövlətimizin başçısı Astanada keçirilən görüşdə iştirak etməklə beynəlxalq birliyə həm də bu mesajı verdi ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu səbəbdən Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” məhz bu siyasətin və siyasi iradənin təzahürüdür.


Dünyada baş verən təhlükəli qarşıdurmalar fonunda Prezident İlham Əliyevin TDT-yə üzv olan ölkələrə müntəzəm səfərləri bir daha təsdiq edir ki, Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır və bu yol Asiya ilə yanaşı, Avropanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Liderinin müəyyən etdiyi siyasi xətt nəticə etibarilə bölücülüyə deyil, əksinə, Asiya və Avropa ölkələri arasında bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığın genişlənməsinə, ortaq təhlükəsizliyin güclənməsinə xidmət edir.







XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30