RƏQƏMSAL İPƏK YOLU

Image

RƏQƏMSAL İPƏK YOLU


Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu rəqəmsal infrastruktur layihəsi bir müddət öncə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının V Məşvərət Görüşündə də qeyd olunub. Tədbirdə fəxri qonaq qismində iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında “Rəqəmsal İpək Yolu” layihəsini qeyd edib. "Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir", - deyə ölkə başçısı bildirib. “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsədi ilə həyata keçirilən innovativ rəqəmsal infrastruktur layihəsidir. Bu layihə NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təşəbbüsü ilə onun törəmə şirkəti AzerTelecom tərəfindən həyata keçirilir.

Hazırda layihənin icrası, yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi istiqamətində işlər aparılır. Layihənin tamamlanmasından sonra yüksək sürətlə məlumatların ötürülməsinə imkan verəcək magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Layihənin Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsində və rabitənin daha geniş yayılmasında mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradır.

Layihənin vacib komponentlərindən biri məhz Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında fiber-optik kabel xətlərinin çəkilməsidir. Layihəni həyata keçirən AzerTelecom şirkəti Qazaxıstanda tərəfdaşı olan Kazakhtelecom şirkəti ilə bir sıra fəaliyyətləri uğurla başa çatdıraraq Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber Optik Kabel Xətti layihəsi çərçivəsində birgə müəssisə yaradıb. Yeni yaradılan birgə müəssisə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olacaq. Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər təşkil edəcək. Bundan əvvəl isə AzerTelecom və Kazakhtelecom şirkətləri Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstan arasında fiber-optik rabitə xəttinin çəkilişi üçün tədbirlərin həyata keçirilməsini özündə əks etdirən əməkdaşlıq şərtləri haqqında saziş və birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsini imzalayıblar.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində AzerTelecom şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində də layihə həyata keçirir. Şirkət Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dəmir yolu xətləri boyunca müxtəlif istiqamətlər üzrə magistral fiber-optik kabel xətlərinin çəkilişini həyata keçirir. Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fiber-optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq və regional səviyyədə diqqət mərkəzindədir. Hazırda Türk Dövlətləri Təşkilatı tərəfindən layihəyə mühüm maraq vardır. Təşkilatın ötən ilin 11 noyabr tarixində Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.

Layihənin mühüm məqsədlərindən biri də beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır. Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri (“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.

“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya hissəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin inşası istiqamətində proses davam edir. Kabel sisteminin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox olacaq. “Axiom”, “PwC” və digər beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb, layihənin texniki tələbləri tərtib olunub.

Həmçinin, kabel marşrutların sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb.

Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə tamamlanacaq. Həmçinin, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texniki işlər tamamlanır.

Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün “AzerTelecom” şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və imzalanıb. “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib. “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır. 


Qasımov Ayməddin, 

Xəzər rayonu, 92 nömrəli məktəbin müəllimi












XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30