Regional əməkdaşlıq və inkişaf perspektivləri

Image

Regional əməkdaşlıq və inkişaf perspektivləri


2024-cü ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü, regionda strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi yadda qaldı. Bu görüşdə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mövcud dostluq və qardaşlıq münasibətlərini, həmçinin gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdi. Prezident Əliyevin çıxışı, regionun iqtisadi, siyasi və təhlükəsizlik sahəsindəki vacib məsələlərinə həsr olunmuşdur. Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfər həyata keçirmiş, bu müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri baş tutmuşdur. Bu səfərlər, Azərbaycanın regiondakı strateji əhəmiyyətini və tərəfdaşları ilə dərinləşən əməkdaşlığını nümayiş etdirir. Bu münasibətlər, yalnız dövlət başçılarının səfərləri ilə məhdudlaşmır, həm də ortaq layihələrin həyata keçirilməsi ilə möhkəmləndirilir. Məsələn, Qarabağın işğaldan azad edilmiş ərazilərində Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən tikilmiş məktəblər və yaradıcılıq mərkəzləri, qardaşlıq əlaqələrinin bariz nümunəsidir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında artan təhdid və çağırışlar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu baxımdan, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi, müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğulayır. Bu təlimlər, region ölkələri arasında qarşılıqlı hərbi dəstəyin gücləndirilməsinə və ortaq təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlib. Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə iqtisadi sahədə də fəal əməkdaşlıq edir. Ölkələr arasında investisiya layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılmışdır ki, bu da regionda iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları, bu sahədəki əməkdaşlığın əhəmiyyətini göstərir. Azərbaycan, həmçinin bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığın ilk addımıdır. Azərbaycanın nəqliyyat və tranzit sahəsindəki fəaliyyəti, regionun inkişafına böyük töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi və Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi, Orta Dəhlizin praktiki cəhətdən önəmini artırır. Bu dəhliz, Çin və Avropa arasında yüklərin daşınmasında mühüm rol oynayır və Azərbaycanın strateji əhəmiyyətini artırır. Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi, regionun rəqəmsal infrastrukturunun inkişafına və rəqəmsal təhlükəsizliyin təmin edilməsinə töhfə verir. Bu layihə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə rəqəmsal sahədəki əməkdaşlığını daha da gücləndirir.

Həmçinin, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA bu əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biridir. SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri, regional əməkdaşlığın inkişafını göstərir.

Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərini əks etdirir. Regionda qarşılıqlı fəaliyyətin inkişafı, yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də mədəni, sosial və rəqəmsal sahələrdə də nəzərəçarpacaq dərəcədə genişlənir. Bu əməkdaşlıq, region ölkələri üçün yeni inkişaf imkanları yaradır və ortaq maraqların qorunmasına xidmət edir.


Borayeva Rəna,

Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30