İnkişaf edən münasibətlərin önəmli göstəricisi

Image

İnkişaf edən münasibətlərin önəmli göstəricisi

09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Yüksək səviyyəli görüşdə dövlət başçımız əhatəli nitqlə çıxış edərək bir çox vacib məqamlara toxunub. Çıxışda son illərdə Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının yüksək templə inkişaf edən əlaqələri, intensivləşən səfərləri, müxtəlif sferalarda xüsusilə də hərbi, enerji və beynəlxalq təşkilatlar daxilində qarşılıqlı ifadə olunan dəstəyi xüsusi diqqət çəkib. 

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 səfəri baş tutmuşdur. Eyni zamanda, Mərkəzi Asiya ölkə başçılarının ölkəmizə 15 səfəri reallaşmışdır. Bu, həqiqətən də diqqətçəkən nüansdır. Təbiidir ki, bu səfərlər qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün mühüm rol oynayır. Bu görüşlərdə, iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafı üçün yeni anlaşmalar imzalanmış, strateji əməkdaşlıq, enerji sahəsində ortaq layihələr və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin, beynəlxalq arenada birgə fəaliyyətlər, regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələlər də gündəmdə olmuşdur. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrin intensivləşməsi, regionun geosiyasi və iqtisadi mənzərəsinə yeni dinamika qatıb. Bu əməkdaşlıq, tərəflər arasında qarşılıqlı fayda və etimadın artmasına, həmçinin regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir. Gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyi və hər iki tərəfin inkişafına təkan verəcəyi şübhə doğurmur.

Ölkə başçımızın çıxışında daha bir diqqət çəkən başlıq dünyada artan təhdid və çağırışlar fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması tələbatı ilə bağlı oldu. Məlumdur ki, son bir neçə ildə dünyanın müxtəlif bölgələrində bir çox qanlı münaqişə ocaqları yaranmışdır. Bu münaqişələr dünya nizamını, eləcə də beynəlxalq hüququ təhdid etməkdədir. Buna qarşı Azərbaycan və digər dövlətlər öz ölkəsini və xalqını qorumaq üçün etibarlı tərəfdaşlarla əlaqələrini gücləndirməli və hərbi sahədə hazırlığını artırmalıdır. Azərbaycan da öz işini məhz bu istiqamətdə quraraq qardaş Türkiyə Cümhuriyəti və ortaq mədəni dəyərlərə sahib olduğu Mərkəzi Asiya ölkələri ilə hərbi sahədə əməkdaşlığını günü-gündən artmaqdadır. Bu mənada, ötən ay Qazaxıstan Respublikasında baş tutan “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusilə vurğulanmalıdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi iştirakçı ölkələrin silahlı qüvvələrinin müxtəlif şəraitlərdə birgə hərbi əməliyyatlar aparmaq qabiliyyətini sınaqdan keçirmək üçün təşkil olunmuşdur. Bu təlim, gələcəkdə birgə hərbi əməliyyatların uğurlu həyata keçirilməsi üçün vacib təcrübə təmin etməklə müxtəlif ölkələrin hərbi qüvvələri arasında birliyin və etimadın artmasına şərait yaradacaqdır. 

Beləliklə, Prezident İlham Əliyevin Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirakı və çıxışı, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və strateji tərəfdaşlığın inkişafı üçün mühüm bir addım oldu. Şübhə yoxdur ki, bu görüş, mühüm bir platforma olaraq, gələcəkdə də mühüm nəticələrə gətirib çıxaracaqdır. 



Süpay Məmmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri











XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30