79 saylı Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Rəşad Mahmudov yap.org.az saytına müsahibə verib

Image

79 saylı Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Rəşad Mahmudov yap.org.az saytına müsahibə verib

-  Rəşad müəllim, ölkəmiz 1 sentyabr - növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Azərbaycan bu seçkilərə hansı reallıqlar fonunda gedir?  

- Müasir müstəqil, qalib Azərbaycan, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qürur mənbəyidir. Təbii ki, qazanılan uğurlar möhkəm təməlin mövcudluğuna, düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla həyata keçirilməsinə əsaslanır. Bugünkü reallıqlar Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinə, liderlik keyfiyyətlərinə, öz dövlətinə, xalqına bağlılığına, Azərbaycanı daim zirvələrdə görmək istəyinə əsaslanan uğurlu siyasəti sayəsində mümkün olmuşdur.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan dünyada tarixi Zəfəri, ərazi bütövlüyü və suverenliyinin  tam bərpası ilə yeni reallıqlar yaradan ölkə kimi tanınır. Bu reallıqlar fonunda hazırda Azərbaycan bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yönələn addımları ilə diqqətdədir. Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayarkən bu məqamı da xüsusi qeyd etdi ki, Heydər Əliyev siyasəti davam etdiriləcək. Azərbaycan daha da güclənəcək, qüdrətlənəcək, yeni zəfərlərə doğru inamla addımlayacaq. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə Müzəffər lider kimi adını tarixə qızıl hərflərlə yazdı.

Bunlar müstəqillik tariximizin ən qürurverici hadisələridir. Bunları bilmək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə tarixi Zəfərimizin reallıqlarına, dövrün çağırışlarına uyğun olaraq keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycanın və partiyamızın keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edərək bu çağırışı etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Cənab İlham Əliyev qeyd etdi ki,  əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi.

Azərbaycan bugünün reallıqlarına nail olmaq üçün addım-addım irəlilədi. Bütün işlər ardıcıllıqla həyata keçirildi. Hədəflər düzgün müəyyən edildi və uğurla reallaşdırıldı. Beləliklə, dayanıqlı inkişaf təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ - ərazi bütövlüyümüzün bərpası təmin olundu.

Ötən parlament seçkilərindən bu günədək qazanılan uğurların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.  Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qarabağın tacı Şuşadan xalqa müraciət edərkən böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Dörd ilə yaxındır ki, Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. Ölkəmiz müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla bu sahədə də ilkə imza atdı. Müharibədən sonra quruculuq işlərini həyata keçirmək həm böyük güc, həm də böyük iqtisadi və maliyyə potensialı tələb edir. Azərbaycan bu addımı atmaqla həm bu torpaqların əsl sahibi,  həm də böyük gücə, potensiala malik ölkə olduğunu dünyaya nümayiş etdirdi. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışı nəzərdə tutulub.

Azərbaycan hər dövrün çağırışlarından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək növbəti hədəfləri müəyyənləşdirir. Bugünümüzün çağırışları Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarında özünün aydın ifadəsini tapıb.

- Heç şübhəsiz, xalq-lider birliyi uğurlarımızın əsasını təşkil edir və Azərbaycanı parlaq gələcəyə aparır…

- Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qaranlıq səhifəsi kimi vərəqlənir. Həmin reallıqlar hər bir ölkənin həyatında lider amilinin rolunu önə çəkərək sübut etdi ki, ölkəsinin, xalqının gələcəyini düşünməyən dövlət başçısına xalqın inamı, etimadı ola bilməz.

Xalq-iqtidar birliyi ölkədə sabitliyin, əmin-amanlığın təminatçısıdır. 1993-cü ildən bu günədək olan dövr bu birliyin, həmrəyliyin əsasında qazanılan uğurların təqdimatıdır. Prezident İlham Əliyev hər bir addımında xalqa arxalanır, xalqdan güc alır, insanları ətrafında sıx birləşdirərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin, həmrəyliyimizin rəmzidir. Xalqımızın Prezidentinə inamı, etimadı, sevgisi sonsuzdur. Cənab İlham Əliyevin  xalqa hər bir müraciəti özündə bu birliyi, həmrəyliyi ehtiva edir. Dövlətimizin başçısı bu çağırışı edir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır.

Vətəndaş məmnunluğunun artırılması prioritet məsələlər sırasındadır. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifah şəraitində yaşayışının təmin edilməsi istiqamətində atılan addımlar davamlıdır. Cənab İlham Əliyev daim sosial layihələrin icrasını xüsusi diqqətdə saxlayır. Əsas hədəf insanların rahat yaşayışını təmin etməkdir.

Yeni Azərbaycan Partiyasının seçki platformasında da  bütün sahələrdə əldə edilən nailiyyətlər əsasl şəkildə diqqətə çatdırılır. Bu istiqamətlərdən biri də  sosial sahədir. Qarşıdakı dövrün hədəfləri  dövlətimizin həyata keçirdiyi təkmil inkişaf modelinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və xidmətlərə əlçatanlığın təmin edilməsi,  həssas qruplara, o cümlədən aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, müharibə iştirakçılarına və şəhid ailələrinə hərtərəfli dövlət qayğısının davam etdirilməsi, məşğulluq tədbirlərinin həyata keçirilməsi, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin sayının artırılması, əməkhaqqı, pensiya və müavinətlərin artırılması siyasətinin davam etdirilməsi, sosial infrastruktur quruculuğunun diqqət mərkəzində saxlanılmasıvə digər məqsədlərdir.

Atılan addımlar xalq-iqtidar birliyini daha da möhkəmləndirir, Yeni Azərbaycan Partiyasına inam və etimadı artırır. Bu günədək keçirilən bütün seçki prosesləri bu reallığın təsdiqidir.

- Rəşad müəllim, seçicilərin 1 sentyabr - növbədənkənar parlament seçkiləri ilə bağlı əhval-ruhiyyələri necədir?

- Çox yüksək. Seçicilər yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirirlər. Təbii ki, bu qərarları ölkəmizin davamlı inkişafına yönələn siyasətə inamlarından, Yeni Azərbaycan Partiyasının sözü ilə əməlinin birliyindən irəli gəlir. Seçiciləri səsvermə prosesində daha fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıram.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30