Azər Kərimli seçicilərlə görüşdü - FOTO
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin Zaqatala rayonunun Danaçı və Uzunqazmalar kəndlərində seçicilərlə görüşü keçirilib.
Gununxeberi.az xəbər verir ki, görüşdən əvvəl rayonun Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların məzarı ziyarət olunub.