Məcnun Məmmədov Zaqatalada fermerlərlə görüşüb - Fotolar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 9 avqust tarixində Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Qax və Balakəndən, eyni zamanda Bakı şəhəri, Ağdaş, Beyləqan, Kəlbəcər, Masallı, Sabirabad, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib.
“Gununxeberı.az ” xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların verilməsi, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.