Muxtar Babayev Avstraliya İttifaqının səfiri ilə görüşdü - Foto
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc ilə görüşüb.
“Gununxeberı.az ” xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.