Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

Image

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Hacı Zeynalabidin Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət Evində seçicilərlə görüş keçirib.


Gununxeberi..az xəbər verir ki, görüşü giriş sözü ilə açan BAXCP sədri Qüdrət Həsənquliyevin müavini və vəkili Elçin Mirzəbəyli seçki kampaniyası ərzində ev-ev, məhəllə-məhəllə gəzərək seçicilərlə çoxsaylı görüşlər keçirildiyini, deputatlığa namizədin seçki platformasının seçicilərin əhəmiyyətli hissəsinə çatdırıldığını bildirib. Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin öz prinsiplərinə, Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarına daim sadiq qalan, yalnız ictimai və dövlət maraqlarından çıxış edən, problemlərin üzərinə populist fikirlərlə, alqış qazanmaq üçün deyil, onların həlli mexanizmlərini göstərməklə gedən bir siyasətçi olduğunu bildirib.


Çıxış üçün söz alan tanınmış jurnalist, Moderator.az saytının Baş redaktoru Zülfüqar Hüseynzadə uzun illərdir ki, parlament müxbiri kimi Qüdrət Həsənquliyevin fəaliyyətini izlədiyini bildirib: “Qüdrət Həsənquliyev Qarabağ probleminin həlli ilə bağlı qarabağlılardan daha çox danışır. O məcbiri köçkünlərin, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrin problemləri ilə bağlı məsələ qaldıranda onlardan biri kimi çıxış edir. Qüdrət bəy parlamentdə hər kəsin probleminə öz problemi kimi yanaşır, hər kəsin dərdini öz dərdi bilir”.


Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb. BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik: “İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda.  Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.

 

Hər zaman olduğu kimi, öz çıxışında Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyətə toxunan Qüdrət Həsənquliyev peşəkar ordu quruculuğuna diqqət çəkib. O, seçiciləri ölkədə həyata keçirilən islahatların uğurla davam etməsi üçün fəal olmağa çağırıb.
Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.


Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30