“İçərişəhər” İdarəsinə kim rəhbərlik edir?
Növbədənkənar parlament seçkilərində namizəd olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə vəzifəsinin icrasını müvəqqəti dayandırıb.
Sədrin səlahiyyətlərini müvəqqəti olaraq “İçərişəhər” Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev icra edəcək.
Qeyd edək ki, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb.(modern)