Qaşım Maqomedov yarımfinalda - Yenilənir
Paris-2024 Yay Olimpiya Oyunlarında taekvando yarışlarına start verilib.
“Gununxeberi.az” xəbər verir ki, Azərbaycan idmançısı Qaşım Maqomedov ilk döyüşünə çıxıb.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb.
Q.Maqomedov qələbə qazanaraq 1/4 finala çıxıb.
***
Təmsilçimiz 1/4 finalda ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:32-də başlayacaq.
***
Qaşım Maqomedov 1/4 finalda Adrian Visenteyə qalib gələrək yarımfinala çıxıb.