39 dərəcə isti olub - Faktiki hava
Bu gün saat 8:30-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Gədəbəy, Naftalan, Qobustan, Altıağac, Quba, Şabranda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 18 m/s-dək güclənib. Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.