İsrael Katz HƏMAS-ın yeni rəhbərindən yazdı
Israilin xarici işlər naziri İsrael Katz HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya əs-Sinvar haqda açıqlama verib.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Usta terrorist Yəhya əs-Sinvarın İsmayıl Haniyəni əvəz edərək HƏMAS-ın yeni lideri təyin edilməsi onu mümkün qədər tez aradan götürmək və çirkin təşkilatı yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”, - Katz bildirib.
Qeyd edək ki, Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.