Mingəçevirdə bədbəxt hadisə baş verib
Mingəçevirdə bədbəxt hadisə baş verib.
Gununxeberı.az ”nun məlumatına görə, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib.
Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.
O, ağır halda xəstəxanaya yerləşdirilib.
***
TƏBİB-dən erilən məlumata görə, 2008-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) 06.08.2024-cü il tarixində saat 18:20 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları qoyulub.
Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Gununxeberı.az