Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin gənc bitki mühafizəçilərinin “ Tərəvəz bitkilərinin zərərvericiləri” adlı nəfis tərtibatda kitabları çapdan cıxıb
Dəyərli dostlar, bu gün çox sevincliyik, Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin gənc bitki mühafizəçiləri “ Tərəvəz bitkilərinin zərərvericiləri” adlı vəsaiti yazdılar və bu gün hazır kitabları nəşriyyatdan götürdük. Çox nəfis nəşr edilib və tərəvəz bitkilərinin demək olar ki, bütün zərərvericilərini əhatə edir. Bəli, gənclərə meydan vermək lazımdır, işləyəndə alınır, sadəcə onları istiqamətləndirmək lazımdır. Bir daha müəlliflər qrupunu təbrik edir, yeni uğurlar arzulayıram. Var olun!
Təbrik edirik!
Gununxeberı.az