Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var

Image






“3 il çalışdığım şirkətdən artıq 7 aydır, ayrılmışam. Lakin işlədiyim müddətdə istifadə etmədiyim 90 gün məzuniyyət günüm üçün son haqq-hesabım verilmir”.

Bu sözlərlə “Qafqazinfo”ya “Orion Global” MMC-dən şikayətçi olan keçmiş işçilərdən biri Jalə Mürsəlova müraciət edib.

Xanım iddia edir ki, 3 il mühasib vəzifəsində işlədiyi şirkət onun haqqı olan pulu vermir: “2021-ci ilin 1 iyun tarixində işə başlamışam. Ötən ilin dekabrında da işdən çıxmışam. Həmin müddət ərzində mənim 90 gün məzuniyyətim var idi. Lakin istifadə etməmişdim. İşdən ayrılarkən həmin məzuniyyət günlərimin əvəzində pulumu, 2297,37 manatı tələb etdim. Onlar isə verməyəcəklərini bildirdilər. Bundan əlavə, istədiyim yerə də şikayət edə biləcəyimi qeyd etdilər. Kimə güvənib, kimə arxalanıb bunu edirlər anlamıram...”

Jalə Mürsəlova deyir ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyi ilə danışmağa çalışıb, lakin razılıq əldə edə bilməyib. Bundan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib: “Tələb olunan sənədləri vermişəm. Bank çıxarışlarım yoxlanılıb. Həqiqətən şirkətin mənə son haqq-hesab ödəmədiyi sübut olunub. Müfəttişliyin son sözü o oldu ki, məhkəməyə müraciət etmək hüququm var”. 

Sözügedən şirkətin daha bir keçmiş işçisi Səbuhi Novruzov da bənzər problemlərdən şikayətçidir. Onun sözlərinə görə, imzası olmadan əmək müqaviləsinə xitam verilib: “Mən işdən azad olmağım barədə heç bir ərizə yazmamışam və heç bir yerə bu barədə imza atmamışam. Belə çıxır ki, əmək müqaviləsinə xitam “Orion Global” MMC tərəfindən verilib. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mənə dövr üzrə son haqq-hesabım rəsmi olaraq ödənilməyib”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, şikayətçinin müraciətinə baxılıb: “Vətəndaş Mürsəlova Jalə Rafiq qızının “Orion Global” MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılıb. Araşdırma zamanı vətəndaş tərəfindən təqdim edilmiş izahatda işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadə etmədiyi və əsas tələbinin son haqq-hesabının düzgün hesablanaraq ödənilməsi olduğunu qeyd edib.

Müraciətin araşdırılması məqsədilə “Orion Global” MMC-nin ünvanına Xidmətin Bakı şəhər İdarəsi tərəfindən məktub göndərilib və vətəndaşa aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunub, lakin sənədlər təqdim edilməyib. Jalə Mürsəlova izahatında işlədiyi son bir il ərzində əmək haqqını nağd şəkildə aldığını qeyd etdiyindən, son haqq-hesabının ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirmək mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən Jalə Mürsəlova ilə “Orion Global” MMC arasında bağlanmış 01.06.2021-ci il tarixli əmək müqaviləsinə 06.12.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olub. 

Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmayıb.

Bildiririk ki, “Orion Global” MMC-nin rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə vətəndaşın müraciətinə yenidən baxılaraq cavab veriləcək. 

Müraciətdə qeyd edilmiş məsələnin həlli ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

Xidmətdən o da bildirilib ki, şikayətçi olan digər vətəndaşın da müraciəti aidiyyəti üzrə araşdırılacaq. 

İddialarla əlaqədar “Orion Global” MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticə vermədi. Belə ki, nə şirkətin rəhbəri Turqay Müslümlü, nə də digər əməkdaşlar zənglərimizə cavab verib suallarımızı cavablandırmaq istədi. 

Məlumat üçün bildirək ki, “Orion Global” MMC qida, qeyri-qida məhsullarının ölkəyə idxalı və ixracı, eyni zamanda digər xidmətləri göstərən şirkətdir. 

Qeyd edək ki, Turqay Müslümlü sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğludur. Yerli mətbuatda son illərdə T.Müslümlünün biznesinin çökməsi barədə məlumatlar yayımlanıb. Hətta “Orion Global” MMC adından götürülən kreditlərin ödənilməməsi səbəbindən şirkət müvafiq bank tərəfindən məhkəməyə də verilib. Borclar nəticəsində eks-nazir oğlunun təsisçisi olduğu şirkəti satdığı haqda iddialar da var. 

Lamiyə Məmmədova 

Fidan Etibar













XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30