“Meta” Haniyə ilə bağlı paylaşımları sildiyi üçün üzr istədi
“Meta” korporasiyası Malayziyanın Baş naziri Ənvər İbrahimin feysbuk və instaqram sosial şəbəkələrindəki HƏMAS-ın Siyasi Bürosunun üzvü İsmayıl Haniyənin ölümünə həsr olunmuş yazılarını sildiyinə görə üzr istəyib.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz Malayziyanın Baş nazirinin feysbuk və instaqram səhifələrindən məzmunun silinməsi ilə nəticələnən əməliyyat xətasına görə üzr istəyirik”, - şirkət sözçüsü bildirib. O, postların bərpa olunduğunu əlavə edib.