Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.
“Gununxeberı.az ” xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.