2000-dən çox gürcü Avropadan deport edildi
2024-cü ilin birinci yarısında Aİ ölkələri 2124 Gürcüstan vətəndaşını deportasiya edib.
Gununxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, ən çox deportasiya Almaniyadan (1367 nəfər), ikinci yerdə Fransa (299) və Yunanıstandan (91) olub.
2023-cü ilin birinci yarısında Aİ ölkələri 2313 gürcünü deportasiya edib.
2017-ci ilin mart ayından etibarən gürcülər Şengen zonası ölkələrinə turizm, işgüzar və qonaq səfərləri məqsədilə qısamüddətli vizasız səfər etmək hüququ əldə ediblər.