Yeni müharibə: İran İsrailə hücum edəcək - 24 saat ərzində...

Image



HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi gözlənilir.

 

Gununxeberı.az-ın məlumatına görə, İsrail və Qərb mətbuatı hücumun tezliklə başlaya biləcəyini yazır.

 

İran Haniyənin öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığını bildirib. İsrail hücumda iştirak etdiyini təsdiqləməyib. Tehran hücuma görə cavab veriləcəyinə, İsraildən qisas alınacağına söz verib.

 

Qeyd olunur ki, hücum İranın aprel ayında Suriyada öldürülən generallara görə İsrailə birbaşa endirdiyi zərbələrdən daha güclü ola bilər.

 

Bir neçə Qərb mətbuatı İranın avqustun 5-də hücum edəcəyini bildirir. "Axios" portalı isə yazır ki, ABŞ İranın İsraili dəqiq nə vaxt vurmaq niyyətində olduğunu bilmir. Məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan həmkarlarına bildirib ki, Vaşinqton hücumun 24-48 saat ərzində olacağını gözləyir.

 

Blinken hərəkətləri ən yaxın müttəfiqləri ilə əlaqələndirmək üçün iclas çağırıb. Onun fikrincə, nəticələri minimuma endirmək üçün ölkələr İran və Hizbullaha diplomatik təzyiq göstərməlidir. Dövlət katibinin fikrincə, bu, “total müharibənin qarşısını almaq üçün ən yaxşı şansdır”.

 

İsrail Baş naziri Benyamin Netanyahu da ordu və kəşfiyyat qurumları ilə İranın hücum ehtimalını müzakirə edib. Görüşdə müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, MOSSAD-ın rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar iştirak edib.

 

İsrail mediası yazır ki, avqustun 4-də baş tutan görüşdə İran tərəfdən hücum qaçılmaz hesab edilərsə, ona qarşı qabaqlayıcı zərbənin endirilməsinin mümkünlüyü müzakirə olunub. Belə bir addımın yalnız İranın hücum niyyətini təsdiqləyən kəşfiyyat məlumatı olması şərti ilə mümkün olacağı bildirilir. Qərb rəsmiləri İsrailə qarşı hücumda Livandakı Hizbullah hərəkatının da iştirak edəcəyini düşünür. 

 

Regionda gərginliyin artdığı bir vaxtda ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla bölgəyə səfər edib. Onun İsrailin müttəfiqlərinin silahlı qüvvələrinin hərəkətlərini əlaqələndirmək üçün regiona səfər etdiyi bildirilir.

 

Bundan əvvəl Pentaqon İsraili qorumaq üçün Yaxın Şərq regionuna əlavə qüvvələr, o cümlədən kreyserlər və esmineslər göndərdiyini açıqlayıb.

 

Xatırladaq ki, aprelin 14-də İran Suriyada 7 zabitinin öldürülməsindən sonra İsrail ərazisinə birbaşa hücum edib. Müxtəlif mənbələrə görə, hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən "Şahed" kamikadze dronları, "Fəttah" və "Fəttah-2" raketləri istifadə esilib. İsrail ordusunun məlumatına görə, İran ümumilikdə üç yüzdən çox hərbi sursat və PUA buraxıb.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30