Türkiyə Livandakı vətəndaşlarını ən qısa zamanda bu ölkəni tərk etməyə çağırıb
Türkiyə Livandakı vətəndaşlarını ən qısa zamanda bu ölkəni tərk etməyə çağırıb.
Gununxenberı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Nazirlik buna səbəb kimi Yaxın Şərqdə baş verən son hadisələr və artan təhlükəsizlik böhranını göstərib.
“Vətəndaşlarımıza Livana səyahət etməkdən çəkinmələri, diqqətli olmaları və Nabatiyah, Cənubi Livan, Bekaa və Baalbek-Germel əyalətlərinə lazımsız yerə getməmələri tövsiyə olunur. Livanda qalması vacib olmayanlar üçün isə kommersiya uçuşları həyata keçirilərkən ölkəni tərk etməyə çağırırıq ”, - açıqlamada bildirilib.