Məcnun Məmmədov “Yüksəliş”in qalibləri ilə görüşüb - Fotolar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb.
“Gununxeberı.az ” xəbər verir ki, görüşdə müsabiqə qaliblərinə dövlət qurumu idarəçiliyində qərarların verilməsi, strateji layihələrin icrası, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində məlumatlılıq və bilik-bacarıqların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.