Hakan Fidan HAMAS rəhbərliyi ilə görüşüb, başsağlığı verdi
Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HAMAS rəhbərliyinə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verib.
Gununxeberi.az TRT-yə istinadən xəbər verir ki, Dohada keçirilən görüşdə HAMAS Siyasi Bürosunun rəhbəri Xalid Maşal və İsmayıl Haniyənin övladları - Əbdüssalam və Həmmam Haniyə də iştirak edib.